Previous Next
Bağla

Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

30-09-2022 16:23
Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı, Astara – Bakı – Astara və Lənkəran – Bakı – Lənkəran şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Xeberler.az bildirir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.

Müsabiqə şərtlərinə əsasən, Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqaməti üzrə daşıyıcıların hərəsinin ən azı 2, Astara – Bakı – Astara istiqaməti üzrə isə daşıyıcıların ən azı 3 kiçik, orta və böyük tutumlu avtobusu olmalıdır.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri oktyabrın 27-si saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə noyabrın 10-u saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasında Bakı – Astara – Bakı və Astara – Bakı – Astara istiqamətlərində ilk 5 Lot üzrə noyabrın 24-ü, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqamətlərində 4 Lot üzrə noyabrın 25-i müsabiqə keçirilən zaman komissiya tərəfindən açılacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DANX altı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır

DANX altı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır

01-06-2022
Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

06-04-2022
AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

16-06-2025
Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir

Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir

15-06-2022
Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

26-04-2022
İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

01-03-2025
Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

19-02-2026
“Aztelekom” müəllimlər üçün rəqəmsal savadlılıq təşəbbüsünü genişləndirir

“Aztelekom” müəllimlər üçün rəqəmsal savadlılıq təşəbbüsünü genişləndirir

16-03-2026
ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə işləyəcək

ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə işləyəcək

25-06-2025
Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili tender elan edir

Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili tender elan edir

26-12-2018
Taksi əməliyyatları proqram təminatının hazırlanması işləri üzrə TENDER

Taksi əməliyyatları proqram təminatının hazırlanması işləri üzrə TENDER

03-01-2019
Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

26-06-2022
DANX biletlərin qısa vaxt ərzində satılmasına aydınlıq gətirilib

DANX biletlərin qısa vaxt ərzində satılmasına aydınlıq gətirilib

27-04-2022
AYNA-da sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib

AYNA-da sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib

19-10-2022
Nazir Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb

Nazir Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb

14-09-2020
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025
Telefon qovşaqlarının adları dəyişdirilib

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018
Lisenziyanın alınması üçün 3 radio müsabiqəyə buraxılıb

Lisenziyanın alınması üçün 3 radio müsabiqəyə buraxılıb

02-09-2022
Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

17-09-2018
Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022
Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib   

Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib  

01-07-2022
Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlər müzakirə edilib

Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlər müzakirə edilib

08-12-2021
“İnternetdən təhlükəsiz istifadə bacarıqları” üzrə növbəti təlimlər təşkil olunub

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” üzrə növbəti təlimlər təşkil olunub

27-01-2026
Gəncə – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Gəncə – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

27-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə