Previous Next
Bağla

Nəqliyyatda mobillik həlli tətbiqi istifadəyə verilib

05-12-2025 11:22
Nəqliyyatda mobillik həlli tətbiqi istifadəyə verilib

Azərbaycanda ilk dəfə olaraq "AYNA MaaS" (nəqliyyatda mobillik həlli) tətbiqi istifadəyə verilib.

Xeberler.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir ki, üç dildə (Azərbaycan, ingilis və rus) təqdim edilən "AYNA MaaS" tətbiqi səmərəli səyahəti və istifadəçilərə nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlığını təmin etmək və ictimai nəqliyyat xidmətlərini təkmilləşdirmək üçün nəzərdə tutulmuş mobillik proqramıdır. Bu rəqəmsal nəqliyyat platforması müxtəlif nəqliyyat növlərini (avtobus, metro, dəmiryolu, skuter, velosiped) vahid tətbiqdə birləşdirir. Platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlif nəqliyyat növləri arasından ən uyğun marşrutu seçməyə, səfər planlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə imkan verir.

Tətbiqə Bakı şəhərində fəaliyyət göstərən bütün mikromobillik operatorları da inteqrasiya edilib. Platforma vasitəsi ilə mikromobillik vasitələrinin dayanacaqlarını müəyyən etmək, həmçinin istifadəyə hazır skuterlər barədə məlumat almaq, habelə skuter və velosipedlərin icarəsi üçün müraciət etmək olar.

Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün istifadəçi müvafiq bölməyə mobil nömrəsini yazaraq istifadə şərtləri və qaydaları ilə tanış olur. Növbəti bölməyə isə həmin nömrəyə SMS vasitəsilə göndərilən təsdiq kodu daxil edilir, daha sonra isə şifrə təyin olunur.

İstifadəçi "Səyahət planı" bölməsindən A nöqtəsindən B nöqtəsinə qədər səyahəti tarix və zamanı seçərək planlaşdıra bilər. Təklif olunan marşrutlarda piyada və ya avtobus, metro, dəmiryolu, skuter, velosiped kimi nəqliyyat növləri mövcuddur. "Ən sürətli", "ən az transfer", "ən az piyada" və "ən az CO2" kimi gediş seçimlərindən uyğun marşrutu təyin etdikdən sonra səyahətə başlaya, həmçinin "bilet al" bölməsindən ödəniş etmək üçün müvafiq tətbiqlərə keçid edə bilərsiniz.

"AYNA MaaS" vasitəsilə "Nəqliyyat" bölməsindən dayanacağı seçərək yaxınlaşan nəqliyyat vasitələrini real zamanda görmək mümkündür.

"Yaxın dayanacaqlar" bölməsində isə ən yaxın dayanacaqların siyahısını görə və həmçinin xəritə üzərində dayanacaqları seçə bilərsiniz.

"Marşrut tap" bölməsindən avtobus, qatar, metro və şəhərlərarası marşrutları axtarıb müvafiq məlumatları əldə etmək mümkündür.

Marşrutları "Seçilmişlərə" əlavə edib daha rahat səyahət planlaşdıra və "Səfərlərim" bölməsindən keçmiş səfərlərinizi tapa bilərsiniz.

"AYNA MaaS"-da nəqliyyat qrafiki və mövcud vasitələr barədə məlumatlar daim yenilənir. Tətbiq nəqliyyat növləri arasında problemsiz keçidi təmin edir, gözləmə vaxtını minimuma endirir.

Qeyd edək ki, istifadəyə verilən "AYNA MaaS" ilkin versiyadadır və istifadəçilərin istəkləri əsasında daim təkmilləşdiriləcək. İstifadəçilər təklif və iradlarını birbaşa tətbiqdən göndərə bilərlər.

Mobil tətbiqi həm "App Store", həm də "Google Play Store"dan yükləmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"AYNA MaaS" mobil tətbiqi yenilənib

09-04-2026

“AYNA MaaS”a WUF13 funksiyası əlavə olunub

15-05-2026

“Map AYNA” sistemi yenilənib

27-05-2025

AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

09-05-2025

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

02-05-2024

Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

07-12-2023

AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

08-04-2026

Bu bölgələr üzrə elektron biletlər satışa çıxarıldı

21-12-2022

“Azərbaycanda mobilliyin transformasiyası proqramı” hazırlanıb

18-12-2023

Azərbaycanda “İcazə” blanklarının alınması üçün onlayn xidmət istifadəyə verilib

07-06-2023

Poçt şöbələrinin axtarışı iOS və Android-də

01-04-2016

AYNA-da sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib

19-10-2022

AYNA növbəti elektron xidmətini istifadəyə verib

02-10-2023

Elektron əmtəə-nəqliyyat qaiməsi xidməti istifadəyə verilib

23-02-2024

COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib

24-10-2024

Yaxın vaxtlarda VISA kartlarla istənilən nəqliyyat vasitəsində istifadə olunacaq - Ekspert

28-08-2023

Metro və avtobuslarda gedişhaqqı artırıldı

31-07-2018

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

03-09-2025

Gənclərimizdən daha bir qlobal startap- Lendock

05-05-2016

“Biletim.az” portalından Naxçıvana onlayn bilet almaq mümkün olub

19-10-2023

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024

AYNA tərəfindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

10-10-2024

“AYNA” informasiya sisteminin yaradılmasına başlanılıb

30-08-2023

"E-taksi" yaradılıb, kartı olmayanlar cərimələnəcək

08-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə