Silverlight dəstəkli Bing Maps istifadəyə verildi

08-12-2009 / 20:40

Microsoft-un Silverlight texnologiyası ilə dəstəklədiyi Bing Maps Bing-in ana səhifəsinə inteqrasiya edilib.

Xeberler.az-ın verdiyi məlumata görə, silverlight texnologiyasından faydalanan Bing Maps, Google-ın xəritə xidməti Google Maps-a rəqib kimi müvəffəqiyyətli olmağı hədəfləyir.

Sentyabr ayından çıxması gözlənilən Bing Maps xəritə xidmətiylə birlikdə bir çox yenilik təqdim edir. Google Maps-dakı StreetView-ə oxşar Streetside xüsusiyyətinə sahib olan Bing Maps-ın restoran, alış-veriş mağazaları, park yerlərini göstərən xidmətləri də mövcud olacaq.

Bing Maps-a bu ünvandan girib baxa bilərsiz. http://bing.com/maps/explore

Microsoft bundan əlavə, Bing-in mobil versiyasını da təqdim edib. iPhone da daxil olmaqla 25 fərqli telefonu dəstəkləyən Bing Mobile Bing-in məşhurluğunu mobil platformada artırmağı hədəfləyir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə