Microsoftun axtarış mühərriki Bing yarandığı gündən qalmaqaldadır. Bing Travel ilə istifadəçilərinə səfər mövzusunda da köməkçi olan Bing, kiçik bir rəqibi tərəfindən günahlandırılıb.
Səbəb isə Bing Travel-in Kayak.com adlı səyahət saytına bənzər olmasıdır. Kayak.com səlahiyyətliləri rəsmi kanallardan Microsoft ilə danışdıqlarını və iki saytın arasındakı bu bənzərliyin istifadəçilər üçün çaşqınlıq yaratdığını söyləyiblər.
Kayak.com saytının satış müdiri Robert Birge deyib ki, “Microsoftun bizim saytımıza çox bənzər bir quruluşa sahib olması, bizim də doğru yolda olduğumuzu göstərir”.
Microsoft da saytın rəsmi şikayətinin özlərinə çatdığını təsdiqləyib və mövzuyla əlaqədar olaraq Kayak.com səlahiyyətliləri ilə görüşmələrini davam etdirdiklərini ifadə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri