Previous Next
Bağla

Microsoft Bakıda təhlükəsizlik seminarı keçirib

21-09-2017 10:35
Microsoft Bakıda təhlükəsizlik seminarı keçirib

Microsoft Azerbaijan şirkəti Bakıda tərəfdaşları və müştəriləri üçün təhlükəsizlik seminarı keçirib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə rəqəmsal təhlükəsizlik, onun biznesdə tətbiqi metodları və bu istiqamətdə Microsoft-un yeni məhsul və imkanları məsələləri müzakirə olunub.

Seminarı aparan Microsoft MDB-nin Windows istiqamətinin inkişafı üzrə rəhbəri Ulan Karajiqitov Microsoft-un kibertəhlükəsizliklə bağlı əsas prinsip və yanaşmaları barədə məlumat verib, bir neçə detallı nümunə göstərib, WaaS (Windows as a Service) iş modelinin təsvirini nümayiş etdirib, kibertəhdidlərdən müdafiənin bulud həlli məsələsinə toxunub və Windows 10 əməliyyat sisteminə keçiddən əldə edilən ümumi iqtisadi səmərəni vurğulayıb.

U. Karajiqitovun sözlərinə görə, Microsoft korporasiyası məhsullarının, istifadəçilərinin və ümulikdə informasiya məkanının təhlükəsizliyinin gücləndirilməsinə hər il təxminən 1 mlrd. ABŞ dolları investisiya yatırır. Sənaye bulud texnologiyaları üzərində olan müdafiə vasitələrini fəal şəkildə inkişaf etdirir. Ötən il Microsoft şirkəti iş stansiyalarında anomal prosesləri müəyyən etmək üçün maşın təlimi elementlərindən istifadə edən “Windows Defender Advanced Threat Protection”u (WDATP) təqdim edib. WDATP və digər müdafiə vasitələrinin müsbət cəhəti ondadır ki, onlar əməliyyat sisteminə artıq quraşdırılıb. Yəni, 100% uyğunlaşdırılıb, quraşdırmada heç bir çətinlik yaratmıyacaq və kompüterin işləmə sürətini zəiflətməyəcək.

“WDATP-dən başqa Microsoft-un istifadəçilər tərəfindən təhdidləri müəyyən etməyə və real zərər vurmamşıdan öncə onlara reaksiya verməyə kömək edən digər həlləri də mövcuddur. Məsələn, Exchange Online Advanced Threat Protection” həlli – viruslu kontenti və fişinqi təcrid edir, “Advanced Threat Analytics” – şübhəli fəallıqlar barədə xəbərdar edir, “Azure Security Center” – virtual maşınlar zərərverici proqramların təsirinə məruz qaldığını müəyyənləşdirməyə yardım edir,

“Edge Smart screen” isə – internet vasitəsilə yayılan fişinq və digər zərərverici proqramları müəyyənləşdirərək bloklayır”, - deyə U. Karajiqitov əlavə edib.

Microsoft-un nümayəndəsi onu da bildirib ki, hazırda düşünülmüş investisiyalar, İT sistemlərin müdafiəsi sahəsində perspektivli startapların satın-alınması sayəsində şirkət qətiyyətlə lider istehsalçılar sıyahısında yer alır.

 Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Windows 7 əməliyyat sisteminin dəstəklənməsi dayandırılıb

14-01-2020

Microsoft-un Data Mərkəzlərinin ümumi dəyəri nə qədərdir?

07-04-2017

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025

Microsoft-un proqram təminatındakı boşluqların sayı açıqlandı

20-02-2018

“Microsoft Office 2010” ofis paketi Azərbaycan dilinə lokallaşdırılıb

10-04-2011

Microsoft kibertəhlükələrə qarşı yeni alətlər təqdim edib

03-05-2018

Microsoft Bakıda proqramçıları bir araya topladı

28-02-2017

Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənilir

22-10-2009

Windows 8 artıq yenilənməyəcək

14-01-2016

Microsoft BakuTel-2009-da Windows 7-nin Azərbaycan dillində versiyasını təqdim edib

04-11-2009

Windows 7 dilimizə uyğunlaşdırılıb

20-11-2010

"Windows 11"in buraxılacağı tarix açıqlanıb

29-06-2021

Microsoft Bakıda şirkətlər üçün təlim təşkil edib

20-02-2017

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

İT-rəhbər və mütəxəssislər üçün seminar keçirilib

30-09-2015

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017

Microsoft: Bu kompüterlər zəifləyəcək

10-01-2018

Microsoft şirkəti Windows Vista-nın nüfuzu üçün 300 milyon dollar xərcləyəcək

08-09-2008

Windows Vista və Office 2007-nin Azərbaycan dilində versiyaları hazırlanıb

12-11-2008

"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

02-03-2020

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015

Hansı saytlar kompüterə virus salır?-Hesabat

04-10-2017

Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə