“Microsoft” Çində axtarışdadır

03-09-2010 / 22:42

 Dünyanın nəhəng proqram təminatı şirkəti olan “Microsoft” Çində yerli tərəfdaşı ilə birgə müəssisə yaratmaq niyyətindədir.

 Şirkətin məqsədi Çin bazarında nəhəng oyunçulardan birinə çevrilmək və internet-axtarış sahəsində öz imkanlarını genişləndirməkdir.

“Microsoft”un Çin bazarından məsul top-meneceri Saymon Lyunq bildirib ki, 2006-cı ildən bəri 40 mln. dollar investisiya qoyduqları Çin şirkətlərinə daha 100 mln. dollar sərmayə yatırmaq fikrindədirlər.

Hazırda “Microsoft” Çində ötən il fəaliyyətə başlayan “Bing” axtarış sisteminə malikdir. Onun Çindəki operatoru “Microsoft” və “Shanghai Alliance Investment” tərəfindən yaradılan “Shanghai MSN Network Communications Technology” birgə müəssisəsidir. Amma “Bing”in Çin bazarındakı payı elə də böyük deyil.

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.