Previous Next
Bağla

Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

30-11-2018 14:48
Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

“Microsoft” korporasiyası dekabrın 4-dən 7-dək Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel 2017”) bir sıra innovativ texnologiyalar nümayiş etdirəcək.

Xeberler.az  bildirir ki, korporasiyanın bu tədbirdə iştirakının əsas məqsədi müxtəlif sahələrdə innovasiya texnologiyalarını geniş insan kütləsinə təqdim etməkdir. “Microsoft”un stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tədris Mərkəzi ilə “Microsoft Azerbaijan” şirkəti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Azərbaycanda ilk dəfə yaradılmış “Əşyaların İnterneti” laboratoriyasının (IoT lab) təqdimatı keçiriləcək. Laboratoriya innovasiya sahəsində ölkədə gənc mütəxəssislərin kadr potensialını artıracaq. Yaradılacaq yeni laboratoriyada innovasiyaları tətbiq edərək istənilən şəxs öz bilik və bacarıqlarını realizə edə biləcək. Onu da qeyd etmək lazımdır ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun hazırlanmış “Microsoft”un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə innovasiya sektorunun inkişafı, təşkilatların iqtisadi effektivliyini artırılması və təhsil sisteminin modifikasiyası daxildir.

Bundan başqa, stenddə “Microsoft” korporasiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığının nəticələri, həmçinin, Azərbaycanın dövlət təşkilatlarını lisenziyalı proqram təminatı ilə təmin etmək məqsədilə Nazirlik və “Microsoft” arasında bu yay imzalanmış saziş çərçivəsində cari fəaliyyəti əks olunacaq. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini "Microsoft" proqram təminatı lisenziyaları ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq nəzərdə tutulub. Sənəd 3-iilik müddəti əhatə edir və “Microsoft”un Azərbaycanın dövlət strukturları ilə sıx əlaqəni nəzərdə tutur.

Proqram təminatının əldə olunmasından başqa sazişə ölkədə müdafiə olunmuş mühitin yaradılması, qeyri-neft sektorunun inkişafı, yeni sektor və seqmentlərin yaradılması, innovasiya yönümlü elektron xidmətlərin yaradılması, sözügedən xidmətlərinin genişləndirilməsi və s. daxildir. Bütün bunlar ölkənin beynəlxalq reytinqlərində mövqeyini yaxşılaşdırmasına, ümumiyyətlə, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına imkan verəcək.

İmzalanmış sənəd çərçivəsində tələbə və şagirdlər “Minecraft: Education Edition” oyunundan tam pulsuz şəkildə istifadə edə bilərlər. Sərgi iştirakçıları “Microsoft”un stendində təhsil üçün innovasiya həllərinin geniş spektri ilə tanış ola biləcəklər. Burada Azərbaycanın müxtəlif universitetlərinin tələbələri – “Microsoft Imagine Cup” beynəlxalq texnologiya müsabiqəsinin iştirakşıları və qalibləri “Azure” bazasında hazırlanmış və ölkənin innovasiya potensialının artmasına yönələn öz startap layihələrini nümayiş etdirəcəklər.

“Microsoft”un stendində müasir texnologiyalarla iqtisadiyyatın müxtəlif sahələrini birləşdirən “HoloLens” əlavə reallıq eynəkləri də təqdim olunacaq. Bu eynək sayəsində, məsələn, insan anatomiyasını öyrənmək, ən əsası isə mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirmək mümkündür. Stendin ziyarətçilərinə “Microsoft HoloLens”in unikal texnologiyaları və yerli həkimlər tərəfindən hazırlanmış metodika sayəsində dünya praktikasında ilk dəfə Azərbaycanda lokal klinikada rekonstruktiv əməliyyatın keçirilməsi barədə ətraflı məlumat veriləcək.

«“Bakutel 2018” sərgisi İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin, sözügedən sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradır. “Microsoft”un “Bakutel 2018” sərgisində əsas hədəfi – geniş kütləni qlobal texnoloji innovasiyalar barədə məlumatdırmaq və Azərbaycan şirkətlərinə ölkə iqtisadiyyatının gələcək inkişafına təkan verəcək layihələri nümayiş etdirmək imkanı yaratmaqdır. Biz Azərbaycanın dövlət və kommersiya təşkilatlarınını nümayəndələrini, tələbə və müəllimləri, istedadlı gəncləri həm son istehlakçılara, həm də həmkarlara öz nailiyyətlərini nümayiş etdirməyə, yeni işgüzar əlaqələr yaratmağa, İKT sahəsinin aparıcı mütəxəssislərinin fikirlərini öyrənməyə və “Microsoft”un fəaliyyəti ilə tanış olmağa imkan yaradan sərgini ziyarət etməyə çağırırıq. Sözsüz ki, “Bakutel” sərgisi Azərbaycan və bütün Cənubi Qafqazda informasiya və yüksək texnologiyalar sahəsini inkişaf etdirən katalizatorlardan biridir», - deyə “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
Microsoft Bakutel-də nə təqdim edəcək? -Detallar

Microsoft Bakutel-də nə təqdim edəcək? -Detallar

01-12-2017
Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

22-11-2011
Microsoft Azərbaycanda Əşyaların İnterneti laboratoriyasını yaradacaq

Microsoft Azərbaycanda Əşyaların İnterneti laboratoriyasını yaradacaq

02-11-2018
Microsoft Azerbaijan dövlət başçısına məhsullarını təqdim edib

Microsoft Azerbaijan dövlət başçısına məhsullarını təqdim edib

08-12-2017
ADNSU Microsoft həllərindən istifadə edəcək

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018
Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018
Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019
“Microsoft”-dan  Azərbaycanın startap layihələrinə dəstək

“Microsoft”-dan Azərbaycanın startap layihələrinə dəstək

31-01-2015
Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015
Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018
Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

21-02-2018
    BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012
“Microsoft texnologiyaları neft-qaz sahəsində çalışanlara kömək edir”

“Microsoft texnologiyaları neft-qaz sahəsində çalışanlara kömək edir”

01-06-2017
İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

29-10-2018
Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015
Bakutel-2018 sərgisində Edulicense portalı istifadəyə verilib

Bakutel-2018 sərgisində Edulicense portalı istifadəyə verilib

06-12-2018
Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

21-11-2016
Microsoft lisenziyalarının verilməsi davam etdirilir

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019
“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

23-11-2015
 Microsoft texnologiyaların inkişafına 12 milyard ayırıb

Microsoft texnologiyaların inkişafına 12 milyard ayırıb

16-03-2017
Microsoft Imagine Cup müsabiqəsi ilə bağlı tədbir keçirilib

Microsoft Imagine Cup müsabiqəsi ilə bağlı tədbir keçirilib

17-03-2018
İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017
Imagine Cup 2018 müsabiqəsinin qalibləri açıqlandı

Imagine Cup 2018 müsabiqəsinin qalibləri açıqlandı

15-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə