Previous Next
Bağla

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

29-10-2018 14:59
İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İnnovasiya həftəsi” çərçivəsində NRYTN və “Microsoft Azərbaycan” arasında əməkdaşlığa dair təqdimat keçirilib.

Xeberler.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzİnTelecom” və “Microsoft” şirkəti arasında dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş mövcuddur. Sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.

Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterləri (20,000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin edilir, habelə ali təhsil müəssisələri akademik güzəşt ilə lisenziyalaşdırılır. Tədbirdə çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev bu layihənin davamlı icrasının dövlət qurumlarında mövcud lisenziya problemlərinin aradan qaldırılması ilə kibertəhlükəsizlik, əqli mülkiyyətin və fərdi məlumatların qorunması, elektron mühitin inkişafına müsbət təsir edəcəyini bildirib. Ə.Abdullayev vurğulayıb ki, bu da öz növbəsində ölkəmizin informasiya-kommunikasiya texnologiyaları ilə yanaşı, ümumi iqtisadiyyatın bir sıra istiqamətlərində, o cümlədən investisiya mühiti üzrə beynəlxalq reytinqlərdə irəliləməsinə müsbət təsir edəcək.

Bundan əlavə, nazir müavini qeyd edib ki, “Microsoft Azərbaycan”ın tərəfdaşlığı ilə informasiya texnologiyaları, kibertəhlükəsizlik, təhsil, əqli mülkiyyət və digər sahələrdə uğurlu layihələr həyata keçirilir. “Microsoft” şirkəti Azərbaycanda elektron imzanın istifadəsini təmin edən “Açıq Açar İnfrastrukturu”nun qurulmasında bilavasitə iştirak edib. Layihə çərçivəsində yaradılmış Milli Sertifikat Xidmətləri Mərkəzi dövlət qurumlarını, hüquqi və fiziki şəxsləri gücləndirilmiş elektron imzalarla təmin edir. Bu günədək mərkəz tərəfindən istifadəçilərə 159 mindən çox elektron imza sertifikatı təqdim olunub. Bu istiqamətdə “Microsoft”la birgə aparılan uğurlu işlərin davamı olaraq ölkəmiz üçün əhəmiyyətli növbəti innovativ layihə olan elektron imzanın yeni nəsil şəxsiyyət vəsiqələrində yerləşdirilməsinin həyata keçirilməsidir”.

Daha sonra “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrində Dövlət Qurumları üzrə rəhbəri cənab Evanqelos Xrisafidis, MDB ölkələrində Kibertəhlükəsizlik və lisenziya uyğunluğu üzrə direktor Dmitri Beresnev, “Microsoft Azərbaycan”ın baş direktoru Sərxan Həşimov çıxış ediblər. Tədbir çərçivəsində nazirliyin tabeliyindəki “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC ilə “Microsoft Azərbaycan” arasında “Əşyaların İnterneti (İOT)” laboratoriyalarının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Microsoft Azərbaycanda Əşyaların İnterneti laboratoriyasını yaradacaq

Microsoft Azərbaycanda Əşyaların İnterneti laboratoriyasını yaradacaq

02-11-2018
Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018
Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

08-11-2019
Ödənişsiz Microsoft lisenziyaları veriləcək

Ödənişsiz Microsoft lisenziyaları veriləcək

05-08-2019
Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019
Microsoft lisenziyalarının verilməsi davam etdirilir

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019
Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018
Dövlət qurumlarına əlavə 20 min proqram təminatı lisenziyaları veriləcək

Dövlət qurumlarına əlavə 20 min proqram təminatı lisenziyaları veriləcək

26-03-2019
Nazirlik kiber hücumlara qarşı Microsoft-la birləşdi

Nazirlik kiber hücumlara qarşı Microsoft-la birləşdi

02-04-2018
Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

01-12-2016
Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

07-11-2019
Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

30-11-2018
Microsoft-un rəsmiləri Bakıda olub

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018
Əşyaların interneti laboratoriyası yaradılıb

Əşyaların interneti laboratoriyası yaradılıb

03-05-2019
Nazir Microsoft şirkətinin vitse-prezidenti ilə görüşüb

Nazir Microsoft şirkətinin vitse-prezidenti ilə görüşüb

22-08-2015
 İqtisadi İslahatların Təhlili Mərkəzi Microsoft Azərbaycan-la memorandum imzaladı-Foto

İqtisadi İslahatların Təhlili Mərkəzi Microsoft Azərbaycan-la memorandum imzaladı-Foto

16-01-2017
ADNSU Microsoft həllərindən istifadə edəcək

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018
Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

22-11-2011
“Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib

“Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib

24-04-2015
“InnoWeek 2020” çərçivəsində kibertəhlükəsizlik üzrə vebinar baş tutub

“InnoWeek 2020” çərçivəsində kibertəhlükəsizlik üzrə vebinar baş tutub

15-12-2020
İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017
Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019
Təhlükəsiz bulud infrastrukturu mövzusunda tədbir keçiriləcək

Təhlükəsiz bulud infrastrukturu mövzusunda tədbir keçiriləcək

24-10-2018
Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

19-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə