Previous Next
Bağla

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019 12:23
Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

“Microsoft Azerbaijan” şirkəti Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda ali məktəblərin inzibati heyəti üçün Ali təhsilin rəqəmsal transformasiyası mövzusunda seminar təşkil edib.

Xeberler.az  bidirir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, ölkədə həyata keçirilən islahatların əsas istiqamətlərindən biri rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır. Biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində, milli innovasiya sisteminin formalaşmasında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində universitetlər mühüm rol oynayır.

Nazir müavini qeyd edib ki, son illər Təhsil Nazirliyinin dəstəyi və müxtəlif qurumların iştirakı ilə ölkənin ali təhsil müəssisələrində innovasiya ekosisteminin qurulması ilə əlaqədar geniş tədbirlər həyata keçirilir. Öz növbəsində “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov tədbir iştirakçılarının
diqqətə çatdırıb ki, “Microsoft” və Azərbaycan höküməti arasında dövlət strukturları və ali təhsil müəssisələri üçün proqram təminatı lisenziyalarının alınması ilə bağlı 3-illik saziş imzalanıb. Sazişin bağlanması zamanı ölkənin bütün ali təhsil müəssisələrinin tələbələri üçün pulsuz “Microsoft Windows” və “Microsoft Office” proqram təminatı təqdim olunub.

Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov xatırladıb ki, bu ilin iyun ayında “Microsoft” və Nazirlik arasında dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması haqqında saziş imzalanıb, tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının, o cümlədən ali təhsil müəssisələrinin kompüterlərini “Microsoft” proqram təminatı lisenziyaları ilə təmin etmək nəzərdə tutulub. Bundan başqa, sazişin bağlanması zamanı “Microsoft” tərəfindən təqdim olunan “Tələbə üstünlükləri” proqramından da
yararlanaraq Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələrinin fərdi kompüterləri üçün əlavə olaraq pulsuz “Windows” əməliyyat sistemi və “Office 365” proqramı ilə təmin olunacaq.

“Təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verəcək. Bu da öz növbəsində özəl sektorda və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin azalmasına gətirib çıxaracaq. Azərbaycanın təhsil sektorunun nümayəndələri arasında rəqəmsal transformasiyaya böyük marağın olmasına baxmayaraq onun icra prosesi hələ erkən mərhələdədir. “Microsoft” uğurlu rəqəmsal
transformasiyanın dörd əsas açarını vurğulayır: tələbələrin cəlb edilməsi, müəllimlərə və tələbələrə dəstəyin göstərilməsi, təhsil müəssisələrinin optimallaşdırılması, tədris prosesinin transformasiyası. Tələbələrin cəlb olunması üçün təhsil müəssisələri rəqəmsal, interaktiv və fərdi məzmunları tətbiq etməlidir”, - deyə Emin Axundov bildirib.

Tədbirdə, həmçinin, qeyd olunub ki, lisenziyasız proqram təminatının çox olduğu ölkələrdə kiberhücum riski yüksəlir, kompüter elmləri sahəsində təhsilin səviyyəsi aşağı düşür, yüksək texnoloji iş yerləri azalır və intellektual mülkiyyət hüquqlarının qorunmasında çətinlik yaranır. IDC-nin (“International Data Corporation”) 2017-ci il üzrə araşdırmasına əsasən, Azərbaycanda lisenziyasız proqram təminatının istifadəsi əvvəlki illərə nisbətən azalıb. Tələb olunan lisenziyaların əksər hissəsi isə məhz “Microsoft” korporasiyasının məhsullarıdır.  Tədbirdə Azərbaycanın bir sıra ali təhsil müəssisəsinin rektorları çıxış edib, təhsil ocağlarının rəqəmsal transformasiya barədə təcrübə mübadiləsi aparıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018
Microsoft  Bakıda növbəti seminar keçirib

Microsoft Bakıda növbəti seminar keçirib

03-04-2018
Microsoft lisenziyalarının verilməsi davam etdirilir

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019
ADNSU Microsoft həllərindən istifadə edəcək

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018
Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009
AzInTelecom universitetlərdə mərkəzləşdirilmiş İT idarəetmə sistemi yaradacaq

AzInTelecom universitetlərdə mərkəzləşdirilmiş İT idarəetmə sistemi yaradacaq

02-08-2019
20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

03-06-2026
İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

29-10-2018
Azərbaycan proqram təminatını qanuniləşdirir...

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011
Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019
Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

10-06-2016
Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026
Ödənişsiz Microsoft lisenziyaları veriləcək

Ödənişsiz Microsoft lisenziyaları veriləcək

05-08-2019
Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

18-03-2020
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

30-11-2018
"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

10-06-2020
İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017
Rektor: “2 mindən çox tələbə İT ixtisaslar üzrə təhsil alır”

Rektor: “2 mindən çox tələbə İT ixtisaslar üzrə təhsil alır”

18-04-2018
“Microsoft Azerbaijan” yeni layihəyə başlayır

“Microsoft Azerbaijan” yeni layihəyə başlayır

12-05-2015
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

10-12-2009
Microsoft Azərbaycanda Əşyaların İnterneti laboratoriyasını yaradacaq

Microsoft Azərbaycanda Əşyaların İnterneti laboratoriyasını yaradacaq

02-11-2018
Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

21-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə