Previous Next
Bağla

Microsoft Azərbaycanda Əşyaların İnterneti laboratoriyasını yaradacaq

02-11-2018 12:24
Microsoft Azərbaycanda Əşyaların İnterneti laboratoriyasını yaradacaq

Bakıda təşkil olunan “İnnovasiya həftəsi” çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) və “Microsoft Azerbaijan” şirkəti arasında əməkdaşlığa dair təqdimat keçirilib.

Xeberler.az  bildirir ki, tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazrinini birinci müavini Əli Abdullayev NYRTN və “Microsoft Azerbaijan” şirkəti arasında mövcud olan sıx əməkdaşlıqdan, o cümlədən ölkədə birgə hayəta keçirilən layihələrdən danışıb və bildirib ki, hazırda tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” və “Microsoft” şirkəti arasında dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş mövcuddur ki, sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.

Nazir müavini əlavə edib ki, Azərbaycan "Microsot" korporasiyası ilə uzun illər əməkdaşlıq edir və ölkədə elektron imzaların (e-imza) istifadəsini təmin edən "açıq açar" infrastrukturunun qurulmasında Microsoftun böyük rolu olub. Bu günədək Azərbaycanda 159 mindən çox istifadəçiyə e-imza sertifikatı təqdim olunub və hazırda elektron imza yeni nəsil şəxsiyyət vəsiqələrində uğurla tətbiq edilir.

“Nazirliyin tabeliyində fəaliyyət göstərən AzInTelecom MMC ilə Microsoft arasında yeni Enterprise Agreement sazişi imzalanıb. Bu layihə dövlət qurumlarında lisenziya problemini aradan qaldırmaqla kibertəhlükəsizlik, əqli mülkiyyət və fərdi məlumatların qorunması, elektron mühitin inkişafına müsbət təsir edəcək. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterləri “Microsoft” proqram təminatı lisenziyaları ilə təmin edilir" - deyə Ə. Abdullayev qeyd edib.

Tədbirdə çıxış edən “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələrində dövlət qurumları ilə iş üzrə direktoru Evangelos Xrisafidis bildirib ki, rəqəmsal transformasiya mürəkkəb və uzun bir prosesdir və bu müstəvidə “Microsoft” üçün dövlət qurumları ilə sıx əməkdaşlıq etmək olduqca önəmlidir: “Rəqəmsal transformasiya və müasir innovativ texnologiyaların tətbiqi iqtisadi yüksəlişin və geostrateji möhkəmliyin mühüm bir qouldur, belə halda əhali də gündəlik həyatlarına təsir edən dövlət xidmətlərini daha təkmilləşdirilmiş formada alır.

Rəqəmsal transformasiya eyni zamanda ölkələrə investisiyaların cəlb olunmasında kömək olur ki, bu da özlüyündə texnologiya şirkətləri və startaplar ekosistemini gücləndirir. Azərbaycan İKT sahəsində əhəmiyyətli dərəcədə inkişafa nail olub. “Microsoft” olaraq biz ən yaxşı beynəlxalq təcrübələri və bilikləri gətirməklə rəqəmsal transformasiya sahəsində Azərbaycan hökumətinə tövsiyələrimizi verməyə və əməkdaşlıq etməyə hazırıq. Bunun üçün bizim birgə böyük potensialımız, texnologiya və həllərimiz mövcuddur”.

E. Xrisafidis onu da əlavə edib ki, Azərbaycanla “Microsoft” arasında əməkdaşlıq çərçivəsində 5 mərhələdən ibarət işlər aparılacaq. Bura infrastrukturdan yararlanıb, rəqəmsal transformasiya prosesini maksimuma çatdırmaq, növbəti addımları layihələndirmək, öncə pilot layihələrin icrasına başlayıb, daha sonra onları genişləndirmək, beynəlxalq texnologiya arenasında Azərbaycanın təqdimatı və yüksəldilməsi və son olaraq, dövlət qulluqçuları üçün təlimlər daxildir. Rəqəmsal transformasiya bütün dövlət sahələrini əhatə edir: səhiyyə, təhsil, şəhərlərin inkişafı, ictimaiyyətin qorunması və milli təhlükəsizlik və s. Tədbir çərçivəsində Nazirliyin tabeliyindəki “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC ilə “Microsoft Azerbaijan” şirkəti arasında Azərbaycanda “Əşyaların İnterneti” laboratoriyasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Mərkəzin rəhbəri Rauf Cabbarov və “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıblar.

S. Həşimovun sözlərinə görə, “əşyaların interneti” yeni bir qlobal tendensiyadır və bu sahədə mütəxəssislərin hazırlanması olduqca vacibdir. Mərkəzin nəzdində yaradılacaq “Əşyaların İnterneti” laboratoriyası innovasiya sahəsində ölkədə gənc mütəxəssislərin kadr potensialını artıracaq. Yaradılacaq yeni laboratoriyada innovasiyaları tətbiq edərək istənilən şəxs öz bilik və bacarıqlarını realizə edə biləcək.

Tərəflər arasında imzalanmış memorandum 3-illik dövrü əhatə edir və eyni zamanda “Microsoft”un Azərbaycanın dövlət qurumları ilə sıx əməkdaşlığı əhatə edir. Belə ki, əməkdaşlıq çərçivəsində proqram həllərinin alınması ilə yanaşı ölkədə qorunan bir mühitin yaradılması, qeyri-neft sahəsinin inkişafı, yeni sektor və seqmentlərin formalaşdırılması, innovasiya yönümlü elektron xidmətlərin yaradılması, əhalinin bu xidmətlərdən geniş istifadəsi və s. daxildir.

Qeyd edək ki, “Əşyaların İnterneti” laboratoriyasının təqdimatı “Bakutel-2018” sərgisində nümayiş olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

29-10-2018
Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

30-11-2018
Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018
Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019
Əşyaların interneti laboratoriyası yaradılıb

Əşyaların interneti laboratoriyası yaradılıb

03-05-2019
AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

07-12-2017
Nazirlik kiber hücumlara qarşı Microsoft-la birləşdi

Nazirlik kiber hücumlara qarşı Microsoft-la birləşdi

02-04-2018
“Microsoft-un Azərbaycanda laborotoriya yaratması bizim üçün çox faydalı olacaq”

“Microsoft-un Azərbaycanda laborotoriya yaratması bizim üçün çox faydalı olacaq”

05-11-2018
Ödənişsiz Microsoft lisenziyaları veriləcək

Ödənişsiz Microsoft lisenziyaları veriləcək

05-08-2019
Microsoft-un rəsmiləri Bakıda olub

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018
Microsoft lisenziyalarının verilməsi davam etdirilir

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019
ADNSU Microsoft həllərindən istifadə edəcək

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018
Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026
Nazirlik “Microsoft”la birgə Bakıda seminar keçirib

Nazirlik “Microsoft”la birgə Bakıda seminar keçirib

17-02-2023
Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015
Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

22-11-2011
Azərbaycanda təhsil sisteminin rəqəmsal transformasiyasına dair sənəd imzalanıb

Azərbaycanda təhsil sisteminin rəqəmsal transformasiyasına dair sənəd imzalanıb

04-05-2021
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

10-12-2009
Yahoo! şirkəti Microsoft ilə əməkdaşlığı dayandırıb

Yahoo! şirkəti Microsoft ilə əməkdaşlığı dayandırıb

24-10-2013
 Microsoft texnologiyaların inkişafına 12 milyard ayırıb

Microsoft texnologiyaların inkişafına 12 milyard ayırıb

16-03-2017
Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026
Azərbaycanın dövlət qurumlarına Microsoft-un lisenziyaları paylanır

Azərbaycanın dövlət qurumlarına Microsoft-un lisenziyaları paylanır

19-02-2019
Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

07-02-2020
Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə