Previous Next
Bağla

Imagine Cup 2018 müsabiqəsinin qalibləri açıqlandı

15-05-2018 17:33
Imagine Cup 2018 müsabiqəsinin qalibləri açıqlandı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Microsoft Azərbaycan şirkəti, PAŞA Bank və Nar mobil rabitə operatorunun dəstəyi ilə Azərbaycanda fevral ayında start götürən Imagine Cup 2018 innovasiya müsabiqəsinin Milli Turuna yekun vurulub.

Milli mərhələ çərçivəsində 15 komanda layihələrini ekspertlərdən ibarət olan münsiflər heyətinə təqdim edib ki, münsiflər unikal fikirləri, yenilikçi texnoloji həlləri, öz layihələrini layiqincə təqdim etmək bacarığını qiymətləndirib və gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olub.

Xeberler.az bildirir ki, Milli Turda 9 ali təhsil müəssisəsi və “SABAH Qrupları”ndan olan komandalar iştirak ediblər. Sözügedən mərhələnin qalibləri mayın 15-də Bakıda təşkil olunan mükafatlandırma mərasimində münsiflər tərəfindən elan olunub.

Belə ki, müsabiqənin üçüncü yerinə “Ağıllı dibçək” layihəsində görə “GardenX” komandası layig görülüb. İkinci yeri həvəskar bələdçilər üçün mobil platforma (Uber və ya Taxify-ın analoqu) hazırlayan “GidAmigo” komandası tutub.

Sözügedən həll vasitəsilə istənilən şəxs şəhərin müxtəlif məkanlarında özünə bələdçi tapa bilər. Müsabiqənin birinci yerinə isə “KubiRub” komandası layiq görülüb. Bu komanda “Rubikin kubiki” məşhur oyununun mobil versiyasını hazırlayıb. Ənənəvi rənglərdən fərqli olaraq bu virtual kubikin tərəflərində müxtəlif şirkətlərin loqotipləri yer alıb ki, hər hansı bir tərəfi yığan istifadəçi şirkətlərdən real bonuslar qazanacaq.

Bu turun qalibi və gümüş mükafatçısı mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək. Komandaların bu mərhələdəki layihələrini beynəlxalq ekspertlərdən ibarət, o cümlədən Azərbaycandan olan münsiflər heyəti qiymətləndirəcək.

Sözügedən turun qalibləri Imagine Cup 2018-in ABŞ-da keçiriləcək finalında iştirak etmək və layihənin gələcək inkişafı üçün nəzərdə tutulmuş və müsabiqənin əsas mükafatı sayılan – 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcək.

“Bir çox tələbə üçün Imagine Cup kimi nüfuzlu müsabiqədə iştirak uğurlu karyeranın başlanğıcı ilə nəticələnir. Komandalar öz ilk layihələrini təqdim edərək informasiya texnologiyaları sahəsinin aparıcı mütəxəssislərindən tövsiyələr alırlar. Təhsil sahəsi “Microsoft” şirkətinin prioritet istiqamətlərindən biridir. Microsoft-un Azərbaycan üzrə Milli Planın əsas komponentləri ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyasıdır. Microsoft Imagine Cup– innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara “Made in Azerbaijan” nişanı ilə çıxarıla bilməsi üçün innovasiya ekosistem yaratmaq istəyirik”, - deyə Microsoft Azerbaijan şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018

Nar Imagine Cup müsabiqəsinə dəstək olub

16-05-2018

Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

21-02-2018

Nar Imagine Cup müsabiqəsinə dəstək verir

26-02-2018

Microsoft Imagine Cup 2017-də milli finalın qalibləri-Foto

03-05-2017

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015

“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015

Microsoft Imagine Cup müsabiqəsi ilə bağlı tədbir keçirilib

17-03-2018

“Microsoft Imagine Cup 2016”-da milli finalın qalibləri açıqlandı

17-05-2016

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

23-11-2015

Nar beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır

16-01-2016

Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

21-11-2016

“Microsoft Imagine Cup 2015”-in finalında Azərbaycan komandası iştirak edəcək

29-07-2015

“Microsoft Imagine Cup” -da milli turun qalibləri açıqlanacaq

16-05-2016

”Microsoft Imagine Cup” müsabiqəsinin seçim turu başlayıb

17-12-2015

ABŞ-da qalib olmuş layihəmiz məhsullarının istehsalına başlayır

07-12-2015

“Microsoft Imagine Cup”-ın yerli final mərhələsində 24 komanda yarışacaq

29-01-2016

Azərbaycanlılar “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxdı

31-07-2015

Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

07-08-2015

Azərbaycan startapı xarici mentorlarla işləyəcək

04-11-2016

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016

Komandamız Kiyevdə İT müsabiqəsində 2-ci oldu

25-05-2017

Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

30-11-2018

Microsoft Bakutel-də nə təqdim edəcək? -Detallar

01-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə