Microsoft şirkətinin marketinq üzrə direktoru Kris Каposella bəyan edib ki, şirkət böyük uğura imza atacaq yeni smartfon hazırlayır.
Xeberler.az RYTN-nin elektron xəbər xidmətinə istinadən məlumat verir ki, onun sözlərinə görə, şirkət, sadəcə, smartfon bazarında sonuncu Surface planşetinin uğurunu təkrarlaya bilən qurğu yaratmalıdır. Buna görə də Microsoft şirkəti bütün Windows pərəstişkarları tərəfindən bəyəniləcək smartfon yaratmağı planlaşdırır.
Bir çox ekspertlər Microsoft korporasiyasının top-menecerinin fikri ilə razı deyil. Onlar hesab edir ki, şirkət bu sahədə heç bir risk etmədiyindən hələ də smartfon bazarında 3 faizlik paya sahibdir.
Bundan başqa, proqram nəhəngi tərəfindən hazırlanmış platformanın əsas problemi kimi mobil tətbiqlər göstərilib. Belə ki, nəhəng xidmətlərin tərtibatçıları sözügedən platformanı ciddiyə almayıblar. Məsələn, Instagram öz mobil tətbiqinin sözügedən platforma üçün beta-versiyasını, illərdir ki, yeniləmir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri