Ötən il 1,36 milyard smartfon istehsal edilib

27-01-2017 / 13:02

Ötən il istehsal olunan smatrfonların  sayı açıqlanıb.

Xeberler. az AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəsmi saytına istinadən bildirir ki, 2016-cı ildə qlobal smartfon istehsalının həcmi 4,7% artaraq 1,36 milyard olub.

Mütəxəssislər qeyd ediblər ki, Samsung şirkəti Galaxy Note 7 qurğusu ilə bağlı uğursuzluğa baxmayaraq smartfon bazarında liderliyini qoruyub saxlayıb.

Onlar hesab edir ki, ötən il Cənubi Koreya şirkəti üçün çətin keçib. Belə ki, Note 7 smartfonlarının batareyasında nasazlıq səbəbindən  şirkət 2016-cı ildə planlaşdırılmış tədarük həcminə nail olmayıb.

Samsung  həmçinin smartfon bazarının payının azalmasının qarşısını ala bilməyib. 2014-cü ildə bu şirkətin qlobal smartfon bazarına tədarükü 28% olduğu halda 2015-ci ildə bu göstərici 24,7%, 2016-cı ildə isə 22,8% təşkil edib.

Apple şirkətinin smartfon bazarında payı 15,3% təşkil edib. Bundan başqa, Çinin daha 4 şirkəti (Xiaomi, Lenovo, TCL və ZTE)  smartfonların top 10 siyahısında qərarlaşıb.

Məlumata görə, Çinin smartfon istehsalçıları ötən il 629 milyon smartfon istehsal edərək Samsung və Apple şirkətlərinin ümumi göstəricisi-519 milyonu keçib.

2017-ci il üzrə proqnoza görə, dünya smartfon istehsalının həcmi 1,46 milyarda yaxınlaşacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə