Samsung qatlanan smartfon hazırlamağı planlaşdırır

04-09-2019 / 16:32

Xeberler.az bildirir ki, "Samsung" korporasiyası "Fold" istehsal xətti üzrə qatlanan displeyə malik yeni smartfon hazırlamağı planlaşdırır. Qurğu 2020-ci ilin əvvəlində nümayiş etdiriləcək. Bu haqda "Bloomberg" nəşri yazıb.

Nəşrin məlumatına görə, smartfon klassik açılıb yığılan formada olan 6,7 düymlük diaqonala malik bir displeylə təchiz ediləcək. Belə təxmin edilir ki, yeni model ilk "Galaxy Fold" ilə müqayisədə daha əlçatan və nazik olacaq.

"c" smartfonunun birinci versiyası 2019-cu ilin yazında təqdim edilib, amma indiyədək qurğu satışa çıxarılmayıb. Buna səbəb test modellərində aşkar edilmiş problem olub. Sonralar şirkət problemləri aradan qaldıraraq məlumat verib ki, telefon 2019-cu ilin sentyabrında satışa çıxarılacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə