Motorola yeni cihazını gün üzünə çıxarır

24-02-2015 / 12:00

Motorola-nın 25 fevralda təşkil edəcəyi tədbir üçün göndərdiyi dəvətnamələr şirkətin yeni ağıllı telefonunu çox yaxında təqdim edəcəyini göstərir.

Texnologiya dünyasında bütün gözlər gələn həftələrdə Barselonada keçiriləcək və bir çox yeni cihaza səhnə olacaq olan Mobile World Congress 2015-ci ilə çevrilmiş olsa da, yeni məhsullarını çıxarmaq üçün MWC 2015-ci ili gözləməyən şirkətlər də mövcuddur. Amerikalı texnologiya nəhəngi Motorola 25 fevralda təşkil edəcəyi tədbirdə yeni bir cihazını tanıdacağını bildirib.

Motorola-dan bir müddətdir qeydə etməyə dəyər bir məlumat sızdırılmadığı üçün yeni cihaz haqqında hər hansı bir detal bilinmir, amma iki ehtimal irəli sürülür.

25 Fevralda keçiriləcək mətbuat konfransıyla rəsmi olaraq tanıdılacaq bu yeni cihazın yeni nəsil Moto X və ya bu günə qədər bazara sürülən ən müvəffəqiyyətli ağıllı saatlardan biri olan Moto 360-ın xələfi ola biləcəyi deyilir.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə