“Microsoft”un sonuncu şansı

13-10-2010 / 15:39

Şirkətin iflasdan yaxa qurtarmaq üçün ümid bəslədiyi əməliyyat sistemi təqdim olundu

Nyu-York şəhərində “Microsoft” korporasiyasının “Windows Phone 7” mobil əməliyyat sisteminin təqdimat mərasimi keçirilib.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Microsoft” rəhbərliyi “Phone 7”yə böyük ümid bəsləyir.

Çünki bu əməliyyat sisteminin uğursuz nəticə göstərdiyi halda onsuz da bazarın müvafiq seqmentində rəqiblərindən xeyli geri qalan “Microsoft” tam iflasa uğramaq təhlükəsi ilə üzləşə bilər. Ekspertlər hesab edir ki, bu, daim artan və cəlbedici olan mobil əməliyyat sistemləri bazarında proqram təminatı istehsalçısına uğur gətirə biləcək sonuncu şansdır.

Korporasiyanın rəhbəri Stiv Balmer təqdimat mərasimi zamanı “Windows Phone 7” ilə idarə olunacaq ilk smartfonları da nümayiş etdirib. “Microsoft”un yeni əməliyyat sistemini öz məhsullarında tətbiq edəcək smartfon istehsalçıları arasında “Dell”, HTC, LG, eləcə də “Samsung” şirkətləri qeyd olunub. Mobil platformanın irəliləməsi ilə dünyanın 30 ölkəsində 60-a yaxın mobil operator-şirkət məşğul olacaq.

“Windows Phone 7” ilə təchiz olunacaq ilk smartfonların ABŞ-da 2010-cu ilin sonuna kimi satışa çıxarılacağı gözlənilir. Bəzi Avropa ölkələrində isə bu cür qurğular oktyabrın 21-də alıcılara təqdim olunacaq. İstifadəçilər yeni əməliyyat sistemi vasitəsilə müxtəlif mobil servislərlə daha asan və sürətlə yararlana biləcəklər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə