Previous Next
Bağla

Milli İnternet Mükafatına start verilir

17-09-2012 12:02
Milli İnternet Mükafatına start verilir

20 sentyabr 2012-ci il tarixdə Milli İnternet Mükafatına - Milli Net 2012 -yə start verilir.

Milli Net müsabiqəsinin keçirilməsində məqsəd ölkədə İKT sektorunun, xüsusilə də İnternetin  inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın  təbliğini aparmaq və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Bu il keçirilməsi nəzərdə tutulan Milli Net 2012 Qaydalarında müəyyən dəyişikliklər edilib.

Ötən ildən fərqli olaraq 2 yeni Nominasiya əlavə olunub və Nominasiyaların sayı artırılaraq 13-ə çatdırılıb. Aşağıdakı Nominasiyalar üzrə yarışmanın  keçirilməsi nəzərdə tutulub.

1.    Korporativ saytlar
2.    İctimai-sosial saytlar
3.    Media və İnformasiya
4.    Mədəniyyət, incəsənət və turizm saytları
5.    Ailə, uşaq və sağlamlıq
6.    Asudə vaxt, idman və əyləncə
7.    Bloqlar
8.    Elm və təhsil
9.    Dövlət və bələdiyyə saytları
10.    Xidmət (Servis)
11.    İstifadəçi kontenti üzərində qurulmuş saytlar
12.    Ən yaxşı sosial şəbəkə
13.    StartUp 2012


“Ən yaxşı sosial şəbəkə” Nominasiyasına istifadəçilərlə informasiya münasibətlərini və xidmətlər göstərilməsini  aktiv formada Facebook səhifəsi üzərindən həyata keçirən qurumlar öz Facebook səhifələrini təqdim edə bilərlər. Bu Nominasiyanın qaliblərinə  SAZZ şirkətinin xüsusi mükafatları təqdim olunacaq.

Azərbaycan İnternetində yeni saytların yaranmasını stimullaşdırmaq üçün StartUp 2012 Nominasiyası əlavə olunub. Bu Nominasiya üzrə yalnız 2012-ci ilə fəaliyyətə başlayan İnternet Layihələr və saytlar yarışmaya qəbul ediləcək.

Ötən ildə olduğu kimi Qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir . Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra ictimaiyyət üçün açıqlanır və www.millinet.az  saytında yerləşdirilir.

Münsiflər Heyətinin tərkibi yeniləşdirilib. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırması  zəruridir.  Ötən illərdə olduğu kimi bu il də Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.
Qeydiyyat prosesi  20 Sentyabr tarixdən başlayır və noyabrın sonunda başa çatır. Səsvermə prosesi dekabrın 15-dək davam edəcək. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə 13 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telekom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına  dəstək verirlər.
Geniş məlumat : www.millinet.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Net 2010-da nə kimi yeniliklər olacaq?

29-09-2010

Milli Net 2011 müsabiqəsinə start verilir

14-09-2011

Milli İnternet Mükafatı – Milli Net 2014 başlayır

23-09-2014

Milli İnternet Mükafatı başlayr

16-09-2013

Milli İnternet Mükafatı – Milli Net 2015 başlayır

30-09-2015

Milli Net 2015 müsabiqəsinə qeydiyyat başladı

02-10-2015

Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib

25-07-2012

Milli internet resursların müsabiqəsində qeydiyyatın başa çatmasına 22 gün qalıb

30-10-2012

Milli Net 2018 başlayır

29-09-2018

MilliNet 2017 başladı

16-10-2017

MilliNet 2018 başladı

05-10-2018

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2012

MilliNet müsabiqəsinə qeydiyyat başladı

05-10-2016

Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2012

Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

26-11-2012

Milli Net 2015 başlayır

10-09-2015

Xəzər Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

02-11-2012

Milli İnternet Mükafatına qeydiyyat başlandı

20-09-2012

“Milli Net 2013” Nominantları seçilib

04-12-2013

Milli Net 2013-də saytların qeydiyyatı başa çatıb

25-11-2013

Milli Net 2012-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

19-11-2012

Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verildi

30-09-2009

Milli İnternet Mükafatının Nominantları seçilib

02-12-2015

Milli Net təşkilatçıları veb-studiya rəhbərləri və veb-masterlərlə görüşüb

16-11-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə