Previous Next
Bağla

Milli Net 2010-da nə kimi yeniliklər olacaq?

29-09-2010 16:12
Milli Net 2010-da nə kimi yeniliklər olacaq?

Bu gün Azərbaycan Media Mərkəzində Milli Net 2010 Təşkilat Komitəsi tərəfindən Mətbuat konfransı keçirilib.

AİF prezidenti Osman Gündüz mətbuat konfransında çıxış edərək Milli Net 2010 –nun məqsədləri və mərhələləri haqqında məlumat verib.

Milli Net müsabiqəsinin keçirilməsində məqsədin ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın  təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarət olduğunu qeyd edilib.

Bu il keçirilməsi nəzərdə tutulan Müsabiqənin Qaydalarında müəyyən dəyişikliklər edildiyi bildirilib.

Ötən ildən fərqli olaraq Nominasiyaların sayı artırılaraq 14-ə çatdırılıb. Aşağıdakı Nominasiyalar üzrə yarışmanın  keçirilməsi nəzərdə tutulub.

1. Korporativ sayt.
2. İctimai-sosial saytlar 
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6. Asudə vaxt, idman və əyləncə
7. Bloqlar
8. İnternet xidmətləri (Servislər)
9. Elm və təhsil
10. Dövlət və bələdiyyə saytları
11. İnternet marketinq
12. Mobil resurs (wap daxil deyil)
13. Elektron xidmət
14. İstifadəçi kontenti üzərində qurulmuş saytlar

Ötən ildə olduğu kimi qiymətləndirmə prosesini internet istifadəçiləri tərəfindən deyil ,peşəkarlarından və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir . Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az  saytında yerləşdirilir.

Münsiflər Heyətinin tərkibi yeniləşdirilib. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırması  zəruridir.  Əvvəlki müsabiqələrdə qalib gəlmiş resurslar növbəti 3 il müddətində bu resursu müsabiqəyə təqdim edə bilməzlər.  Ötən ildə olduğu kimi bu il də müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.

Qeydiyyat prosesi noyabrın sonunda yekunlaşacaq.  İddiaçılar 2 ay müddətində www.millinet.az  saytında qeydiyyatdan keçə bilərlər. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

Mətbuat Konfransında Təşkilat Komitəsinin üzvləri Osman Gündüz , Amid Quliyev , Şaiq Muradov və İlqar Mirzə media nümayəndələrini  maraqlandıran sualları cavablandırıblar.

Müsabiqəyə Delta Telecom, Azercell və HP şirkətləri tərəfindən dəstək verilir.

Geniş məlumat : www.millinet.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Milli Net 2011 müsabiqəsinə start verilir

Milli Net 2011 müsabiqəsinə start verilir

14-09-2011
Milli İnternet Mükafatına start verilir

Milli İnternet Mükafatına start verilir

17-09-2012
Milli İnternet Mükafatı – Milli Net 2015 başlayır

Milli İnternet Mükafatı – Milli Net 2015 başlayır

30-09-2015
                                     Milli İnternet Mükafatı – Milli Net 2014 başlayır

Milli İnternet Mükafatı – Milli Net 2014 başlayır

23-09-2014
Milli İnternet Mükafatı başlayr

Milli İnternet Mükafatı başlayr

16-09-2013
Milli Net 2015 müsabiqəsinə qeydiyyat başladı

Milli Net 2015 müsabiqəsinə qeydiyyat başladı

02-10-2015
Milli Net  Təşkilat Komitəsinin toplantısı keçirilib

Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib

25-07-2012
MilliNet 2017 başladı

MilliNet 2017 başladı

16-10-2017
Milli Net 2018 başlayır

Milli Net 2018 başlayır

29-09-2018
Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verildi

Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verildi

30-09-2009
MilliNet 2018 başladı

MilliNet 2018 başladı

05-10-2018
MilliNet müsabiqəsinə qeydiyyat başladı

MilliNet müsabiqəsinə qeydiyyat başladı

05-10-2016
Milli internet resursların müsabiqəsində qeydiyyatın başa çatmasına 22 gün qalıb

Milli internet resursların müsabiqəsində qeydiyyatın başa çatmasına 22 gün qalıb

30-10-2012
Milli Net Müsabiqəsinə start verilir

Milli Net Müsabiqəsinə start verilir

24-09-2010
Milli Net 2015 başlayır

Milli Net 2015 başlayır

10-09-2015
“Milli Net 2013” Nominantları seçilib

“Milli Net 2013” Nominantları seçilib

04-12-2013
Qafqaz Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

Qafqaz Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

24-10-2012
Milli İnternet Mükafatının ilkin mərhələsinin yekunlarına dair mətbuat konfransı

Milli İnternet Mükafatının ilkin mərhələsinin yekunlarına dair mətbuat konfransı

03-12-2009
Xəzər Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

Xəzər Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

02-11-2012
Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verilir

Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verilir

29-09-2009
Milli Net təşkilatçıları veb-studiya rəhbərləri və veb-masterlərlə görüşüb

Milli Net təşkilatçıları veb-studiya rəhbərləri və veb-masterlərlə görüşüb

16-11-2012
Milli Net 2013-də saytların qeydiyyatı başa çatıb

Milli Net 2013-də saytların qeydiyyatı başa çatıb

25-11-2013
Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

26-11-2012
Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominatları seçilib

Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominatları seçilib

23-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə