Milli İnternet Mükafatı – MilliNet 2018 Müsabiqəsinə hazırlıqlar başa çatmaq üzrədir.
Xeberler.az bildirir ki, bu haqqda MilliNet Təşkilat Komitəsindən məlumat verilib. Müsabiqəyə oktyabrın əvvəli start verilməsi nəzərdə tutulub. Bu il Milli Net yarışmasının 20 Nominasiya üzrə keçirilməsi nəzərdə tutulur:
Saytlar və internet layihələr :
1. Korporativ saytlar
2. İctimai-sosial saytlar
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6. Bloqlar
7. Elm və təhsil
8. Elektron hökumət
9. Xidmət (Servis)
10. Elektron Ticarət
Mobil tətbiqlər :
11. Elektron hökumət mobil tətbiqi
12. Təhsil mobil tətbiqi
13. Oyun və əyləncə mobil tətbiqi
14. Elektron ticarət mobil tətbiqi
15. Elektron ödənişlər və bank mobil tətbiqi
16. Media və informasiya mobil tətbiqi
17. Köməkçi mobil tətbiqlər (utilitlər)
Sosial media :
18. Ən yaxşı Facebook səhifəsi
19. Ən yaxşı Youtube kanalı
20. Ən yaxşı İnstagram hesabı
Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, üç istiqamət üzrə ( kontent, dizayn və texnoloji ) peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Azərbaycan İnternet Forumu tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Mobil tətbiqlər və sosial media resurslarını ekspertlər və sahə üzrə mütəxəssislər qiymətləndirəcək
Hazırda Münsiflər Heyətinin və ekspertlərin, həmçinin Media Support və Moderatorlar qrupunun formalaşdırılması prosesi davam edir.
Qaydalara uyğun olaraq Münsiflərə hər hansı aidiyyatı olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin yekun səsvermə zamanı verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Qiymətləndrimə iki mərhələdə həyata keçirilir. Yekun səsvermədə Münsiflər hər bir sayt üzrə verdikləri qiymətləri əsaslandırırlar. Müsabiqədə 20 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 20 noyabr tarixdə başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 14 –dək davam edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub. Milli İnternet mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir. Müsabiqəyə LENOVO , BestComp , NOVA və NEURON şirkətləri dəstək verirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri