Məlum olduğu kimi, hər il Azərbaycan internetinin ən yaxşı saytları və internet layihələri arasında Milli İnternet Mükafatı - MilliNet müsabiqəsi keçirilir.
MilliNet Təşkilat Komitəsindən Xeberler.az-a bildirilib ki, bu gündən MilliNet 2017-yə start verilir və milli internet resursların, internet layhələrin millinet.az saytında qeydiyyatına başlanır.
Məlumata görə, iddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz resurslarını təqdim edə bilərlər.
Təşkilat Komitəsindən o da qeyd edilib ki, bu il müsabiqə müəyyən yeniliklər edilib.
Belə ki, əsas yenilik nominasiyaların strukturu ilə bağlıdır.
Məlumata görə, bu il mobil tətbiqlərin və sosial media resurslarının ayrıca nominasiyaları yaradılıb.
Bu il MilliNet yarışması saytlar, mobil tətbiqlər və sosial media resurslarından ibarət olmaqla 20 Nominasiya üzrə keçiriləcək. :
1. Korporativ saytlar
2. İctimai-sosial saytlar
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6. Bloqlar
7. Elm və təhsil
8. Elektron hökumət
9. Xidmət (Servis)
10. Elektron Ticarət
11. Elektron hökumət mobil tətbiqi
12. Təhsil mobil tətbiqi
13. Oyun və əyləncə mobil tətbiqi
14. Elektron ticarət mobil tətbiqi
15. Elektron ödənişlər və bank mobil tətbiqi
16. Media və informasiya mobil tətbiqi
17. Köməkçi mobil tətbiqlər (utilitlər)
18. Ən yaxşı Facebook səhifəsi
19. Ən yaxşı Youtube kanalı
20. Ən yaxşı İnstagram hesabı
Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, üç istiqamət üzrə ( kontent, dizayn və texnoloji) peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.
Mobil tətbiqlər və sosial media resurslarının qiymətləndirməsini ekspertlər aparacaq.
Məlumata görə, hazırda Münsiflər Heyətinin və ekspertlərin formalaşdırılması prosesi davam edir.
Qaydalara uyğun olaraq Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir.
Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Qiymətləndrimə iki mərhələdə həyata keçirilir. Yekun səsvermədə Münsiflər hər bir sayt üzrə verdikləri qiymətləri əsaslandırırlar.
Müsabiqədə 20 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı noyabrın 20-də başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15 -dək davam edəcək.
Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin isə dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BestComp, LENOVO və NEURON şirkətləri dəstək verir.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri