Milli Net 2015 müsabiqəsinə qeydiyyat başladı

02-10-2015 / 12:26

MilliNet Təşkilat Komitəsindən bildirilib ki,artıq milli internet resursların və internet layhələrin millinet.az saytında qeydiyyatına başlanıb.

Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, iddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz resurslarını təqdim edə bilərlər.

Təşkilat Komitəsindən verilən məlumata görə, bu il Milli İnternet Mükafatı uğrunda yarışma 14 nominasiya üzrə keçiriləcək.

Qeyd edək ki, ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan münsiflər heyəti aparacaq. 

Qaydalara uyğun olaraq, münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir. Münsiflər heyətinin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.

Yekun səsvermədə münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.

Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və noyabrın sonunda qeydiyyat başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15 -dək davam edəcək.

Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azercell, Delta Telecom və Bestcomp şirkətləri dəstək verir.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə