“Deepfake” texnologiyalarına qarşı cinayət məsuliyyətinin müəyyən edilməsi, kibertəhlükəsizlik institutlarının hüquqi əsaslarının gücləndirilməsi, internet informasiya ehtiyatlarında qanunsuz məzmunla mübarizənin təkmilləşdirilməsi, uşaqların rəqəmsal təhlükəsizliyinə yönələn hüquqi normalar vahid dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Rəqəmsal İnkişaf Şurası isə bu siyasətin institusional dayağıdır.
Xeberler.az məlumat verir ki, bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri qeyd edib ki, elektron hökumətdən vahid rəqəmsal dövlət modelinə keçid insan hüquqlarının müdafiəsinin yeni mərhələsidir. Azərbaycanın məqsədi rəqəmsal inkişafı hüququn aliliyi, insan hüquqlarının etibarlı müdafiəsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi prinsipləri üzərində qurmaqdır. Rəqəmsal xidmətlərin genişlənməsi ilə paralel olaraq fərdi məlumatların qorunması, süni intellektin etik tətbiqi, uşaqların rəqəmsal təhlükəsizliyi və kiberməkanda hüquqi təminatların gücləndirilməsi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları