Previous Next
Bağla

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

23-12-2025 17:54
“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

Dekabrın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Xeberler.az məlumat verir ki, konfransda çıxış edən Bahar Muradova Azərbaycan üçün informasiya təhlükəsizliyinin və kibermüdafiənin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu bildirib.

O qeyd edib ki, beynəlxalq öhdəliklər milli siyasətdə ardıcıl şəkildə həyata keçirilir və bu çərçivədə rəqəmsal mühiti uşaqların təhlükəsiz inkişafı üçün müsbət və faydalı bir mühitə çevirmək mümkündür. Ölkəmizdə "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası" qəbul olunub və süni intellektin etik və təhlükəsiz tətbiqi əsas prioritet kimi müəyyən edilib. Eyni zamanda, süni texnologiyaların, rəqəmsal idarəetmə həllərinin və innovativ tətbiqlərin geniş tətbiqi üçün əlverişli şərait yaradılıb. 2018-ci ildə qəbul olunmuş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnu və onların fiziki və psixoloji inkişafına zərər verə biləcək məzmundan qorunmasını təmin edir. Qanunun icrası çərçivəsində dövlət qurumları arasında koordinasiya mexanizmləri yaradılıb və ekspert qurumları ilə yaş kateqoriyaları üzrə təsnifat sistemi tətbiq olunub.

İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı qlobal problemlərin çoxşaxəli olduğunu və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev uşaqların tamamilə fərqli rəqəmsal dünyada böyüdüklərini, internetə çıxış imkanlarının və sürətinin artdığını, rəqəmsal mühitin həm imkanlar, həm də risklər yaratdığını bildirib.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir internet, sosial media və süni intellektin uşaqların həyatına təsirini, kiber zorakılıq və dezinformasiyanın əlavə risklər yaratdığını qeyd edib.

Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri Naima Ben Yahia və Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu ölkələrində uşaqların hüquqlarının qorunmasını və əməkdaşlıq tədbirlərini vurğulayıblar.

Qətər Dövlətinin sosial İnkişaf və Ailə Nazirliyinin ailə məsələləri üzrə köməkçi katibi Sheikha Shaika bint Jassim Al Thani uşaqların yanlış məlumatlara məruz qalmasının qlobal məsuliyyət tələb etdiyini diqqətə çatdırıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva rəqəmsal platformaların uşaqların öyrənmə və ünsiyyət imkanlarını artırdığını, eyni zamanda, kibercinayət, təqib və şantaj kimi risklərin olduğunu bildirib.

BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri Sofiya Kiladze dövlətlər və beynəlxalq əməkdaşlıq olmadan davamlı nəticələrin mümkün olmadığını vurğulayıb.

ICESCO-nun Baş direktorunun müşaviri Amira El Fadil qlobal internet istifadəçilərinin üçdəbirinin uşaq olduğunu, sosial media alqoritmləri və süni intellektin riskləri artırdığını, uşaqların hüquqlarının və rifahının qorunmasının vacibliyini qeyd edib.

Konfransın “Rəqəmsal mühitdə təhlükələr: Həll yolları və müasir yanaşmalar” mövzusunda keçirilən panel sessiyasının moderatoru ADA universitetinin professoru, "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın eksperti Təbriz Raufoğlu təhlükəsiz və inklüziv rəqəmsal sistemlərin yaradılması, uşaqların hüquq və təhlükəsizliyinin qorunması, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

ISESCO-nun Rabatda yerləşən Baş ofisinin Sosial və humanitar elmlər sektorunun İnsan elmləri bölməsinin rəhbəri Dinara Quliyeva uşaqların müdafiəsinin təşkilatın fəaliyyətinin mərkəzində olduğunu bildirib.

Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər İdarəsinin müdiri Alev Ecevit uzun müddətli ekran istifadəsinin uşaqların inkişafına mənfi təsirini, kiçik və qapalı toplum strukturunun uşaqların rəqəmsal təhlükələri açıq bildirməsini çətinləşdirdiyini qeyd edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Esmira Qasımova manipulyasiyanın uşaqların təlim və davranışına təsirini vurğulayıb və valideynlərin maarifləndirilməsinin vacibliyini qeyd edib.

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova isə uşaqların istismarının qarşısının alınması və hüquqi həll yolları mövzusunda çıxış edib.

Sonda "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransın yekun bəyannaməsi qəbul edilib.

Bəyannamədə uşaqların kiberzorakılıq, onlayn istismar və zərərli məzmuna qarşı müdafiəsi, ailənin və valideynlərin rolunun gücləndirilməsi, müasir texnologiyalardan məsuliyyətli istifadə, rəqəmsal təhsil və maarifləndirmə, uşaqların qərarvermə prosesində iştirakının təmin olunması və beynəlxalq təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, konfransın əsas məqsədi tərəfdaş ölkələrdən olan yüksək səviyyəli hökumət nümayəndələrini və müvafiq sahə üzrə ekspertləri bir araya gətirərək mövcud məsələlərin müzakirəsini aparmaq və təcrübə mübadiləsini təmin etməkdir. Tədbir çərçivəsində süni intellekt də daxil olmaqla, rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması sahəsində mövcud problemlər və çağırışlar müzakirə olunub, uşaqların zərərli informasiyadan qorunması üzrə milli və beynəlxalq təcrübə paylaşılıb.

Eyni zamanda, rəqəmsal mühitdə uşaqların hüquqlarının müdafiəsində ailənin rolu vurğulanıb, qlobal və regional əməkdaşlıq imkanlarının gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Zəhra Pezeşkian: Uşaqların rəqəmsal qorunmasında qlobal səviyyədə çətinliklər qarşıya çıxır

“Zəhra Pezeşkian: Uşaqların rəqəmsal qorunmasında qlobal səviyyədə çətinliklər qarşıya çıxır

23-12-2025
Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025
DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01-06-2026
Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

04-06-2025
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026
Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

27-02-2026
Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

08-06-2026
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

20-11-2024
Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

06-02-2026
“Uşaqlara kiberqayğı 2” qrant layihəsi yekunlaşıb

“Uşaqlara kiberqayğı 2” qrant layihəsi yekunlaşıb

03-06-2026
DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

18-06-2026
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

10-06-2026
Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

08-06-2026
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016
Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015
Uşaqların zərərli məzmundan qorunması beynəlxalq əməkdaşlıqla gücləndirilməlidir

Uşaqların zərərli məzmundan qorunması beynəlxalq əməkdaşlıqla gücləndirilməlidir

15-04-2025
“Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirilib

“Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirilib

28-12-2024
Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

02-04-2026
 Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

12-04-2016
Azərbaycanda "Roblox"un fəaliyyəti məhdudlaşdırıla bilər

Azərbaycanda "Roblox"un fəaliyyəti məhdudlaşdırıla bilər

19-03-2026
Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

27-02-2026
Danimarkada azyaşlı uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

Danimarkada azyaşlı uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

08-11-2025
ETX məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir

ETX məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir

30-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə