Previous Next
Bağla

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi gücləndirilir - Dəyişikliklər nəyi ehtiva edir?

05-08-2026 16:16
Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi gücləndirilir - Dəyişikliklər nəyi ehtiva edir?

İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi uşaqların sosial şəbəkə platformalarında təhlükəsizliyinin daha effektiv təmin edilməsinə, onların rəqəmsal mühitdə formalaşan mənfi təsirlərdən qorunmasına yönəlib.

Xeberler.az bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) verilən məlumata görə, qanun layihəsi “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Layihə hazırlanan zaman qabaqcıl beynəlxalq təcrübə, xüsusilə rəqəmsal təhlükəsizlik sahəsində mütərəqqi mexanizmlərə malik dövlətlərin qanunvericilik modelləri təhlil olunub. Bu çərçivədə sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən edilib.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 16-18 yaş arası şəxslərin uşaq kateqoriyasına aid edilməsi nəzərə alınaraq layihədə həmin yaş qrupunun da rəqəmsal mühitdə əlavə mühafizəsi nəzərdə tutulur. Bu məqsədlə 16-18 yaş arası şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında mümkün olacaq.

Platforma provayderlərinin üzərinə yaş məhdudiyyətinə nəzarət üzrə effektiv texniki üsulların tətbiqi öhdəliyi qoyulur. İstifadəçinin yaşının dəqiqləşdirilməsi, həmçinin 16-18 yaş arası yeniyetmələrin qanuni nümayəndələrinin razılığının alınması üçün bank kartı, elektron poçt və mobil telefon nömrəsi üzrə məlumatların yoxlanılması kimi ilkin mexanizmlər tətbiq olunacaq. Bununla yanaşı, fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının müəyyən edilməsinə dair aidiyyəti dövlət qurumlarının birgə razılığı əsasında digər texniki üsullardan da istifadə oluna bilər.

16-18 yaş arası istifadəçilərin hesablarında yerləşdiriləcək məzmun və reklamların dairəsi, eləcə də platformadan istifadə saatları qanuni nümayəndə tərəfindən idarə olunacaq. Platforma provayderləri isə bu məqsədlə müvafiq valideyn nəzarəti funksionallığını təmin etməlidirlər. Eyni zamanda provayderlər istifadəçilərin davranışlarını mütəmadi təhlil etməli, bəyan olunan yaşla bağlı əsaslı şübhələr yarandıqda təkrar yaş yoxlanılması həyata keçirməlidirlər.

Qanun layihəsində fərdi məlumatların qorunmasına xüsusi diqqət yetirilir. Yaşın yoxlanılması məqsədilə toplanmış fərdi məlumatların informasiya sistemlərində saxlanılması, üçüncü şəxslərə ötürülməsi, habelə kommersiya və ya hədəfli reklam məqsədilə istifadəsi qadağan olunur. Bundan əlavə, platformalar şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların və profilinin sistemdən tam silinməsini təmin etməlidirlər.

Uşaqların psixi və fiziki sağlamlığının qorunması məqsədilə əlavə texniki və təhlükəsizlik tədbirləri də müəyyən edilir. Belə ki, 16-18 yaş arası istifadəçilərin hesablarında ilkin konfidensiallıq tənzimləmələri ən yüksək səviyyədə qurulmalı, məkan məlumatlarının ictimaiyyətə açıqlanması məhdudlaşdırılmalı və istifadəçinin seçiminə uyğun gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edilməlidir.

Həmçinin uşaqlarda asılılıq yaradan manipulyativ dizayn üsullarından, o cümlədən sonsuz sürüşdürmə (infinite scroll) və videoların avtomatik səsləndirilməsi (autoplay) funksiyalarından istifadə, eləcə də zərərli məzmun və reklamların yerləşdirilməsi qadağan edilir.

Yeni tələblər bütün sosial şəbəkə platformalarına şamil olunmur. Təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulmasını təmin edən platformalar istisnadır.

Qanun layihəsində, həmçinin ölkə ərazisində istifadəçilərə xidmət göstərən platforma provayderlərinin dövlət qeydiyyatına alınması təklif olunur. Dövlət qeydiyyatından keçməyən platformalara münasibətdə mərhələli maliyyə sanksiyalarının, reklam məhdudiyyətlərinin və internet trafikinin məhdudlaşdırılması tədbirlərinin tətbiqi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Uşaqların sosial şəbəkələrdə hüquqlarının qorunmasına dair qanun qəbul edilib

Uşaqların sosial şəbəkələrdə hüquqlarının qorunmasına dair qanun qəbul edilib

30-06-2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026
Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

08-06-2026
Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək

Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək

10-06-2026
Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

08-06-2026
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

08-06-2026
Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

27-02-2026
Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

09-06-2026
Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

27-02-2026
“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

31-07-2020
Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

02-02-2026
Uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

09-07-2026
Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025
Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018
DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025
ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

26-05-2026
Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

06-02-2026
Uşaqları zərərli informasiyadan qoruyan qanun qüvvəyə minəcək

Uşaqları zərərli informasiyadan qoruyan qanun qüvvəyə minəcək

23-08-2019
BƏƏ 15 yaşından kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edib

BƏƏ 15 yaşından kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edib

18-06-2026
Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

28-01-2026
Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

05-12-2025
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

10-06-2026
ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə