Previous Next
Bağla

Məhkumluq arayışlarını portaldan əldə etmək mümkün olacaq

21-01-2025 17:02
Məhkumluq arayışlarını portaldan əldə etmək mümkün olacaq

Dövlət satınalmalarında iştirak edən təchizatçılar satınalan təşkilatlara məhkumluq barədə arayışı portal vasitəsilə təqdim edə biləcəklər.

Xeberler.az məlumat verir ki, “İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli Qərarına əsasən, bir sıra dövlət qurumları ilə dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) inteqrasiyası nəzərdə tutulub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən növbəti inteqrasiya prosesi Daxili İşlər Nazirliyi ilə birgə “hüquqi şəxs və ya fərdi sahibkarın icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması haqqında məhkəmə qərarının olub-olmaması barədə məlumat”ın arayış formasında portala ötürülməsi istiqamətində icra olunub.

İnteqrasiya sayəsində dövlət satınalmalarında iştirak edən təchizatçılar uyğunluq göstəriciləri ilə bağlı müvafiq məlumatlarla yanaşı, məhkumluq barədə məhkəmə qərarının olub-olmaması haqqında məlumatı heç bir yerə getmədən birbaşa şəxsi kabinetlərində sorğu etməklə əldə edə bilərlər. Bu funksiyanın tətbiqi təqdim edilən arayışların saxta olub-olmaması ilə bağlı riskləri tam aradan qaldırmaqla yanaşı, əlavə vaxt itkisinin yaranmasının da qarşısını alır.

Müraciət zamanı müvafiq altsistemlərə inteqrasiyanın həyata keçirilməsi, zəruri məlumatların ötürülməsi, tələb olunan məhkumluq barədə arayışın rəqəmsal formada təqdim edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Milli Məlumat Mübadiləsi Sistemi (“digital.bridge”) üzərindən həyata keçirilir. Bununla da, sistemdə müraciət zamanı kağız daşıyıcıda olan sənədlərin minimuma endirilməsi təmin edilmiş olur.

Qeyd edək ki, təchizatçıların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılması məqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin portal vasitəsilə real vaxt rejimində əldə olunması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

04-09-2023

İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası hədləri təsdiq edilib

09-01-2024

Azərbaycanda dövlət satınalmalarında iştirak edən sahibkarlara artıq e-arayış veriləcək

08-09-2023

Hüquqi şəxsin müflis elan edilməsi barədə məlumat vahid portala inteqrasiya edilib

21-04-2025

Məhkumluq haqqında arayışı ƏMAS-dən əldə etmək mümkündür

29-11-2024

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025

Azərbaycanda elektron satınalmaların həcmi artıb

25-08-2025

Dövlət Xidməti dövlət satınalmalarında qanun pozuntusu ilə bağlı Baş Prokurorluğa müraciət edib

05-07-2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

10-07-2023

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024

Osman Gündüz: Tenderlərdə iştirakla bağlı sənədləşmə tam rəqəmsallaşmayıb

04-10-2024

Sahibkarların işi asanlaşdı-Yenilik

18-01-2023

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024

Vergi borcu xidməti elektronlaşdırılıb

05-09-2023

Dövlət Xidməti tərəfindən maarifləndirmə seminarı keçirilib

19-12-2024

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

“Dövlət satınalmaları haqqında” maarifləndirmə seminarı keçiriləcək

13-12-2024

Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

25-01-2019

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

Rəqəmsal hökumətdə geriyə doğru addım - Osman Gündüz

02-12-2025

Bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

17-09-2024

Azərbaycanda elektron siqaretlərin satışı və idxalında qanunsuzluqlar aşkarlanıb

25-07-2023

Azərbaycanda bütün dövlət satınalmaları elektronlaşdırılacaq

31-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə