2023-cü ildə sənədlərin doğruluğunu yoxlamaq üçün "Mygov Checker" tətbiqi yaradılıb.
Xeberler.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov deyib.
Ətraflı
O qeyd edib ki, vətəndaşlar “MyGov” portalı (www.my.gov.az) vasitəsi ilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.
“MyGov” portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.
2023-cü ildə "Mygov" Platformasının yeni versiyası hazırlanıb. 4 portalın (e-gov.az, mygov, rih.gov.az, e.rabita az) funksionallıqla vahid platformada birləşdirilib. Platforma həm veb, həm də mobil versiyada faaliyyət göstərir.
"Platformada həyat hadisələri üzrə xidmətlər sadələşdirilib, 3 həyat hadisəsi:
Valideyn olmaq;
Ailə qurmaq
Ailə uzvünün vəfatı.
Rəqəmsal sənədlər bölməsində sənəd əlavə etmək imkanı yaradılıb.
Şəxsiyyat vəsiqəsi, Ümumvətəndaş pasportu, Sürücülük vəsiqəsi.
Hüquqi əsasın təmin olunması üçün sənədlər paketi hökumətə təqdim olunub, yekun təsdiq gözlənilir", - deyə R.Xalıqov əlavə edib.
İRİA-nın sədr müavini çıxışında onu da deyib ki, 2024-cü il ərzində digər dövlət qurumlanının proqramın altsistemə inteqrasiyası nəzərdə tutulub.
Həmçinin bir neçə özəl subyektin altsistemə inteqrasiyası planlaşdırılır.
Altsistemin Rəqəmsal Hökumət Platforması ilə inteqrasiyası nəticəsində vətəndaş və dövlət qurumları arasında elektron sənəd mübadiləsinin təmin edilməsi əldə olunacaq. Həmçinim məlumatların QR vasitəsilə bölüşülməsi imkanı yaradılıb, sənədlərin doğruluğunu yoxlamaq üçün Mygov Checker tətbiqi yaradılıb, sorğulanan fərdi məlumatların vətəndaş tərəfindən icazəsinin idərə edilməsi təmin edilib.
2024-cü ilin birinci rübü ərzində isə "Mygov" plqtformasında Həyat hadisələrinin sayının 7-ə çatdırılması hədəflənib:
1.Qarabağa qayıtmaq
2. İş axtarmaq
3. Daşınmaz əmlak almaq
4. Təqaüdə çıxmaq
5. Rəqəmsal icazənin İdarə edilməsi (Consent Management) təmin edilməsi.
6. Vətəndaşın platforma üzərindən dövlət qurumlarına elektron sənəd göndətməsinin təmini.
7. Dövlət ödənişlərinin və müavinətlərinin alınması və ödənilməsinin mygoy uzarından idarə edilməsi.
Həmçinin platformada Məlumatlandırma (Citizen Inbox) sisteminin formalaşdırılması planlaşsırılır. Həmçinin Geniş axtarış (Advanced Search) sisteminin formalaşdırılması əmin olunacaq.
Eləcə də, "SİMA imza"sı ilə inteqrasiyanın təmin edilməsi nəzərdə tutulub.
R.Xalıqov qeyd edib ki, "Mygov"da 2024-cü ilin 1-ci rübündə vətəndaşlar üçün xidmətdən məmnuniyyət və rəy modulu yaradılıb. Həmçinin onlayn çat xidməti aktiv edilib.
"Mygov" Rəqəmsal sənədlər bölməsində yeni sənədlər(məlumatlar) əlavə edilib:
Övladlarımın ümumvətəndaş pasportu məlumatları (0-16 yaş);
Şəhid ailəsi üzvü vəsiqəsi üzrə məlumatlar;
Əmək veteranı vəsiqəsi üzrə məlumatlar.
Övladlarımın cari ümumi təhsili haqqında məlumatlar.
Müharibə veteranı vəsiqəsi üzrə məlumatlar.
DYP cərimə bağlı
Texniki baxış talonu məlumatları.
Peşə təhsili sənədləri haqqında məlumatlar
Stasionar telefon məlumatlarına borc va ünvan məlumatları.
R.Xalıqov vurğulayıb ki, fəaliyyətə başladığı gündən bu günə qədər 726 milyondan çox məlumat mübadiləsi həyata keçirilib.
•Sistemin keçiricilik qabiliyyəti 4 dəfə artıb.
• Məlumat mübadilasinin həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 70 faiz artaraq 372 milyon olub.
140 10 informasiya sistemi, 67 qurum qoşulub.
Məlumat mübadiləsi amaliyyatları təhlükəsiz va tam şifrələnmiş kanal vasitəsilə həyata keçirilir.
Həmçinim 2024-cü ilin birinci rübündə Milli Məlumat Mübadiləsi sistemi vasitəsilə Vahid interfeysin demosu hazırlanıb. 70 informasiya sistemindən 15-i X-road üzərindən "Digital Bridge" sisteminə miqrasiya edilib.
DigiMATE: KOB-ların rəqəmsallaşdırılması 2024-cü ilin hədəfləri :
• DigiMATE və Rəqəmsal Yetkinlik İndeksi konsepsiyasının qurulması
• KOB-lar arasında rəqəmsallaşmanın vəziyyəti üzrə tədqiqatın aparılması
• Digi30 layihəsinə start verilməsi - 30 yaş ətrafı 15 qadın və 15 kişi sahibkar
• Rəqəmsallaşma portalının qurulması
• Rəqəmsallaşma addımlarını əhatə edən yol xəritəsinin hazırlanması
• Maarifləndirmə tədbirlərinin təşkili
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri