Previous Next
Bağla

Milli Teleradio Şurası telekanalların monitorinqini gücləndirib

23-10-2009 12:05

Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin yerli telekanallarla bağlı tənqidi məqaləsindən sonra bu mövzuda çoxlu sayda tədbirlər, dəyirmi masalar keçirilib. ATV telekanalında isə vəziyyəti düzəltmək üçün Ekspert Şurası yaradılıb. Amma bir tamaşaşı kimi ümumi mənzərənin çox da dəyişmədiyini deyə bilərik. Maraqlıdır, müvafiq qurum bu istiqamətdə hansısa monitorinq, araşdırma aparıbmı? Nəticələr nə deyir? Tənqiddən hansı telekanal, necə nəticə çıxarıb?

Milli Televiziya və Radio Şurası(MTRŞ) sədri Nuşirəvan Məhərrəmli \"Trend\"ə açıqlamasında PA rəsmisinin sözügedən iradlarından sonra televiziya və radioların fəaliyyətində müsbət istiqamətdə müəyyən irəliləyişlər baş verdiyini deyib. O, “bu irəliləyiş bizim gözlədiyimiz səviyyədə olmasa da, proses gedir, radioların verilişlərindəki nöqsanlar aradan qaldırılır” söyləyib. Məhərrəmlinin sözlərinə görə, televiziya kanallarının bəzilərində mövzular dəyişdirilib, bəziləri öz fəaliyyətlərində dəyişiklik edirlər. “Amma gözləntilərimiz çoxdur”, - şura sədri əlavə edib.

Telekanalların fəaliyyətinə daha ciddi nəzarət etmək imkanı yaradılması üçün MTRŞ-nin səlahiyyətlərinin artırılması ilə bağlı təkliflərə gəldikdə, Məhərrəmli deyib ki, onlar inzibati yolla yaradıcılıq işlərinə qarışmaq istəmirlər.

“Lakin bu məsələ gündəmdədir və bunu qanunverici orqan həll etməlidir. Bizi vaxtilə hansısa səlahiyyət istəməkdə qınayırdılar. Vaxtında həmin səlahiyyətlər verilsəydi, indiki problemlər də ortaya çıxmazdı”, - şura rəhbəri vurğulayıb.

Məhərrəmli qeyd edib ki, noyabr və dekabr aylarında Elektron mediaya yardım fondu ilə birgə treninqlər keçiriləcək.

“Tədbirdə televiziya və radio üzrə tanınmış mütəxəssislər və telekanalların proqram siyasətinə məsul olan şəxsləri, aparıcılar iştirak edəcəklər”, - o deyib.

MTRŞ-nin monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, telekanallarda şou verilişlərinin sayının azalması baxımdan ciddi dəyişiklik yoxdur. Onun sözlərinə görə, yeganə olaraq, ATV bu yöndəki verilişlərini azaldıb: “ANS-də isə əksinə, yeni əyləncəli verilişlər çıxıb. Məsələn, ”Toylar kraliçası\" daha şövqlə davam edir. “Qırmızı-qırmızı” da onun kimi. “El bilir ki” verilişinə isə aparıcı, müğənni Elnarənin səhhətinə görə fasilə veriblər. Yəni, ANS-də xüsusi dəyişiklik yoxdur\".

Müsahibimiz bildirdi ki, telekanalların mədəni-maarifçilik verilişlərinə daha çox yer verməsi baxımdan da irəliləyiş nəzərə çarpmır. Sadəcə, efirdə tək-tük yeni sənədli filmlər, teatr tamaşaları görünməyə başlayıb: “Müsbət dəyişiklik ATV-də özünü göstərir. Orda aparıcıların davranışında, verilişlərdə müzakirə olunan mövzularda böyük fərq nəzərə çarpır. Təbii, biz də düşünürük ki, birdən-birə bütün problemləri həll etmək mümkün deyil. Amma şou verilişlərinin sayının azaldılması ilkin gözlənilən addımdır”.

T.Dadaşov həmçinin vurğuladı ki, yuxarıda dedikləri monitorinqin yekunları yox, sadəcə, ilkin təəssüratlardlr. Müsahibimiz bir həftə sonra monitorinq nəticələrini ictimaiyyətə təqdim edəcəklərini vurğuladı.

Xatırladaq ki, Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 2-də “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib. Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ATV şou proqramlarının hamısını mükəmmələşdirəcək

ATV şou proqramlarının hamısını mükəmmələşdirəcək

03-10-2009
Teleradio Şurası telekanallara təsir imkanlarının artırılması təklifləri ilə çıxış edib

Teleradio Şurası telekanallara təsir imkanlarının artırılması təklifləri ilə çıxış edib

03-10-2009
Telekanallarla bağlı növbəti dəyirmi masa keçirilib

Telekanallarla bağlı növbəti dəyirmi masa keçirilib

13-10-2009
Milli Televiziya və Radio Şurası radioların monitorinqinə başlayıb

Milli Televiziya və Radio Şurası radioların monitorinqinə başlayıb

09-10-2009
“Telekanallara inzibati metodlar tətbiq olunacaq”

“Telekanallara inzibati metodlar tətbiq olunacaq”

13-11-2009
MTRŞ sədri telekanallarda əyləncəli verlişlərin çoxluğundan narahatlığını dilə gətirib

MTRŞ sədri telekanallarda əyləncəli verlişlərin çoxluğundan narahatlığını dilə gətirib

16-09-2009
Gələn il serialların çəkilməsi üçün ayrılan vəsait artırılacaq

Gələn il serialların çəkilməsi üçün ayrılan vəsait artırılacaq

01-11-2011
ATV iki verilişin yayımını və SMS onlayn xidmətini dayandırıb

ATV iki verilişin yayımını və SMS onlayn xidmətini dayandırıb

05-10-2009
MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

15-10-2009
Televiziya və radio aparıcıları üçün təlim kursu keçirilib

Televiziya və radio aparıcıları üçün təlim kursu keçirilib

06-11-2009
İki yeni telekanal açılacaq

İki yeni telekanal açılacaq

20-09-2011
MTRŞ “Ekstremal situasiyalarda telekanalların rolu” mövzusunda tədbir keçirəcək

MTRŞ “Ekstremal situasiyalarda telekanalların rolu” mövzusunda tədbir keçirəcək

12-05-2009
“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

30-12-2008
MTRŞ sədri telekanalları tənqid etdi

MTRŞ sədri telekanalları tənqid etdi

11-02-2011
“Aparıcıların peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda təlim kursu keçirilib

“Aparıcıların peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda təlim kursu keçirilib

19-11-2009
Günahkar telekanallardır

Günahkar telekanallardır

16-01-2009
MTRŞ Ramiz Mehdiyevin məqaləsini müzakirə etdi

MTRŞ Ramiz Mehdiyevin məqaləsini müzakirə etdi

07-10-2009
“Azad Azərbaycan İnternational” televiziya kanalının rəsmi açılış mərasimi keçirilib

“Azad Azərbaycan İnternational” televiziya kanalının rəsmi açılış mərasimi keçirilib

24-12-2009
MTRŞ Azərbaycanın efir məkanın vəziyyəti ilə bağlı ictimai rəy sorğusu keçirib

MTRŞ Azərbaycanın efir məkanın vəziyyəti ilə bağlı ictimai rəy sorğusu keçirib

20-10-2009
“Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində Ramiz Mehdiyevin məqaləsi müzakirə olunub

“Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində Ramiz Mehdiyevin məqaləsi müzakirə olunub

08-10-2009
MTRŞ-də teleradio aparıcıları üçün treninq kurs təşkil edilib

MTRŞ-də teleradio aparıcıları üçün treninq kurs təşkil edilib

30-10-2009
Nuşirəvan Məhərrəmli:“Şou proqramlar artıq bəlaya çevrilib”. (Eksklüziv)

Nuşirəvan Məhərrəmli:“Şou proqramlar artıq bəlaya çevrilib”. (Eksklüziv)

02-12-2010
Azərbaycanda teleaparıcıların peşəkarlığı üçün akademiyanın yaradılmasına ehtiyac var

Azərbaycanda teleaparıcıların peşəkarlığı üçün akademiyanın yaradılmasına ehtiyac var

19-11-2009
Nuşirəvan Məhərrəmli: “FM tezliyini xarici radiostansiyalara qaytarmaq niyyətimiz yoxdur”

Nuşirəvan Məhərrəmli: “FM tezliyini xarici radiostansiyalara qaytarmaq niyyətimiz yoxdur”

21-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə