Previous Next
Bağla

Teleradio Şurası telekanallara təsir imkanlarının artırılması təklifləri ilə çıxış edib

03-10-2009 13:35
Teleradio Şurası telekanallara təsir imkanlarının artırılması təklifləri ilə çıxış edib

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) ümummilli dəyərlərin qorunması ilə bağlı telekanallara təsir imkanlarının artırılması təklifləri ilə çıxış edib.

"Şou-bizneslə bağlı verilişlər telekanallarda həddindən artıq çox verilir və əhalinin haqlı narazılıqlarına səbəb olur. Bu məsələ ictimai müzakirələr zamanı da tez-tez səslənir. Bildiyiniz kimi şura telekanalların yaradıcılıq işlərinə, peşə fəaliyyətinə qarışmır. Amma biz ümummilli dəyərlərin qorunması ilə bağlı telekanallara təsir imkanlarımızın artırılması üçün bir sıra təkliflər vermişik", - deyə bu gün Milli

Xeberler.az-ın verdiyi məlumata görə, bunu Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend-ə bildirib.

Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 2-də "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib.

Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.

Məhərrəmlinin sözlərinə görə, şura bunu istiqamətverici yazı kimi dəyərləndirir və öz səlahiyyətləri çərçivəsində bununla bağlı işini daha da gücləndirəcək.

Onun fikrincə, dövlətin, ictimaiyyətin, ekspertlərin və telekanalların rəhbərləri ilə aparılan söhbətlər ciddi dönüşə səbəb olacaq.

Telekanalların dəyər və mənəviyyatla bağlı konsepsiyasının hazırlanmasına gəldikdə, Məhərrəmli deyib ki, bu sənədin hazırlanması bir qədər çətin məsələdir.

"Nəyin milli dəyər olub-olmadığının müəyyənləşdirilməsi ekspertlər arasında həmişə ciddi müzakirəyə və mübahisəyə səbəb olur. Ona görə də xususi bir konsepsiyanın hazırlanması çətindir. Amma hər bir televiziya kanalının özünün konsepsiyası olmalıdır", - şura sədri vurğulayıb.

Məhərrəmlinin sözlərinə görə, şura qeyri-hökumət təşkilatları, eləcə də başqa vasitələrlə telekanallarda çalışan jurnalistlərin peşəkarlığının artırılması üçün treninqlər təşkil etməyə çalışacaq.

"Bu cür treninqlər həm xəbər, həm də tok-şou aparıcıları üçün vacibdir. Biz öz tələblərimizi də telekanalların qarşısında qoymalıyıq", - şura sədri qeyd edib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ATV şou proqramlarının hamısını mükəmmələşdirəcək

ATV şou proqramlarının hamısını mükəmmələşdirəcək

03-10-2009
Milli Teleradio Şurası telekanalların monitorinqini gücləndirib

Milli Teleradio Şurası telekanalların monitorinqini gücləndirib

23-10-2009
“Telekanallara inzibati metodlar tətbiq olunacaq”

“Telekanallara inzibati metodlar tətbiq olunacaq”

13-11-2009
MTRŞ sədri telekanallarda əyləncəli verlişlərin çoxluğundan narahatlığını dilə gətirib

MTRŞ sədri telekanallarda əyləncəli verlişlərin çoxluğundan narahatlığını dilə gətirib

16-09-2009
Televiziya və radio aparıcıları üçün təlim kursu keçirilib

Televiziya və radio aparıcıları üçün təlim kursu keçirilib

06-11-2009
Telekanallarla bağlı növbəti dəyirmi masa keçirilib

Telekanallarla bağlı növbəti dəyirmi masa keçirilib

13-10-2009
MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

15-10-2009
MTRŞ sədri telekanalları tənqid etdi

MTRŞ sədri telekanalları tənqid etdi

11-02-2011
MTRŞ yayımlanan kanalların keyfiyyətinin artırılmasına dair təkliflər təqdim edəcək

MTRŞ yayımlanan kanalların keyfiyyətinin artırılmasına dair təkliflər təqdim edəcək

08-10-2009
Azərbaycanda teleaparıcıların peşəkarlığı üçün akademiyanın yaradılmasına ehtiyac var

Azərbaycanda teleaparıcıların peşəkarlığı üçün akademiyanın yaradılmasına ehtiyac var

19-11-2009
“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

30-12-2008
Günahkar telekanallardır

Günahkar telekanallardır

16-01-2009
İki yeni telekanal açılacaq

İki yeni telekanal açılacaq

20-09-2011
MTRŞ-də teleradio aparıcıları üçün treninq kurs təşkil edilib

MTRŞ-də teleradio aparıcıları üçün treninq kurs təşkil edilib

30-10-2009
Nuşirəvan Məhərrəmlinin yerli televiziyalardan narazılığı davam edir

Nuşirəvan Məhərrəmlinin yerli televiziyalardan narazılığı davam edir

30-10-2009
MTRŞ “Ekstremal situasiyalarda telekanalların rolu” mövzusunda tədbir keçirəcək

MTRŞ “Ekstremal situasiyalarda telekanalların rolu” mövzusunda tədbir keçirəcək

12-05-2009
Azərbaycanın əleyhinə verilişlər hazırlayan xarici telekanalların yayımlanması qadağan edilə bilər

Azərbaycanın əleyhinə verilişlər hazırlayan xarici telekanalların yayımlanması qadağan edilə bilər

07-12-2009
Milli Televiziya və Radio Şurasının fəaliyyəti ilə əlaqədar araşdırmalara başlayıb

Milli Televiziya və Radio Şurasının fəaliyyəti ilə əlaqədar araşdırmalara başlayıb

03-10-2009
Gələn il serialların çəkilməsi üçün ayrılan vəsait artırılacaq

Gələn il serialların çəkilməsi üçün ayrılan vəsait artırılacaq

01-11-2011
Nuşirəvan Məhərrəmli:“Şou proqramlar artıq bəlaya çevrilib”. (Eksklüziv)

Nuşirəvan Məhərrəmli:“Şou proqramlar artıq bəlaya çevrilib”. (Eksklüziv)

02-12-2010
“Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində Ramiz Mehdiyevin məqaləsi müzakirə olunub

“Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində Ramiz Mehdiyevin məqaləsi müzakirə olunub

08-10-2009
Sabah MTRŞ-nin iclası keçiriləcək

Sabah MTRŞ-nin iclası keçiriləcək

11-02-2009
MTRŞ-nin telekanalları cəzalandırması mümkündürmü?

MTRŞ-nin telekanalları cəzalandırması mümkündürmü?

16-11-2009
Milli Televiziya və Radio Şurası radioların monitorinqinə başlayıb

Milli Televiziya və Radio Şurası radioların monitorinqinə başlayıb

09-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə