Canon A1000 IS, A2000 IS və E1 modelləri - retrodan müasirliyə doğru dəyişiklik
Canon şirkəti PowerShots sırasından olan yeni üç model təqdim etdi - A1000 IS, A2000 IS və E1.
Hər üç model optik stabilizatora malikdir və AA standartlı batareyalarla qidalanır.
E1 modeli retro şəkildədir. 10 meqapikselli sensorla, 4 tərəfli zumla, 2,5 düymlük ekranla təchiz olunub. Funksiyalara üzü tanıma və Easy Mode rejimi daxildir ki, onun vasitəsilə hərəkət zamanı işıqlandırmadan asılı olan ekspozisiyalar ən əlverişli vəziyyətə gətirilir.
E1 mavi, çəhrayı və ağ rənglərdə buraxılacaq. Canon-un gələn buraxılışı - A1000 IS anoloji xarakteristikaya malikdir və daha ciddi dizaynda tərtib olunub. Seçimdə qəhvəyi, mavi, gümüşü və qara rənglər olacaq.
PowerShot A2000 IS kamerası 10 meqapiksellə, 6 tərəfli zuma, 3 düymlü displeyə malikdir. Bu, modellər arasında ən mükəmməl forokameradır.
Hər üç model sentyabrda satışda olacaq. E1 və A1000 IS-in qiyməti 200 dollar, A2000 IS – in isə 250 dollar məbləğində olacaq.