Bloggerlərin məhkəməsi sentyabrın 16-na qaldı

04-09-2009 / 18:39

Bu gün Səbail rayon məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə həbs edilmiş bloggerlər - \"AN” Gənclər Şəbəkəsinin təsisçisi Emin Millinin və “OL” Gənclər Hərəkatının əlaqələndiricisi Adnan Hacızadənin məhkəmə prosesi keçirilib. Prosesdə zərərçəkmiş tərəfin nümayəndəsi Zaur İbadov vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini xahiş edib. Hakim isə vəsatəti təmin etməyib.

Gənc fəalların vəkili İsaxan Aşurov isə müdafiə etdiyi şəxslərin barəsində seçilmiş həbs-qəti imkan tədbirinin dəyişdirilməsini və ya onların girov müqabilində zaminə buraxılması ilə bağlı vəsatət qaldırıb.

Bundan sonra hakim vəsatətlə bağlı müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə vəsatətin təmin olunmadığını elan edib. Məhəkəmə baxışı sentyabrın 16-na təyin olunub.

Prosesdə millət vəkilləri, səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Xatırladaq ki, Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də Bakıda «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs edilib. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunur.//anspress.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə