Bloggerlərin məhkəməsi oktyabrın 7-də davam edəcək

02-10-2009 / 13:05

Oktyabrın 1-də Səbail rayon məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesinin növbəti iclası keçirilib.

Məhkəmədə şahidlər ifadə veriblər.

Vəkil İsaxan Aşurov 9 və 39-cu polis bölməsindən olan şahidlərin doğru ifadə vermədikləri bildirib və onların fikirlərini təkzib edən fotoları nümayiş etdirib. Prokuror vəkilin bu hərəkətinə etiraz edib. Hakim fotoların araşdırılacağını bildirib.

Vəkillər növbəti prosesə rəy verən ekspertlərin gətirilməsini istəyiblər. Məhkəmə bildirib ki, növbəti iclasda ekspertlər iştirak edəcəklər.

Vəkillər onu da bidirib ki, əvvəlki ifadələrində zərərçəkən kimi təqdim olunan Babək və Vüsal heç bir KİV-ə münasibət bildirmədiklərini deyiblər. Amma bəzi KİV-lərdə onların müsahibələri və istintaq sirri olan informasiyalar yer alıb. Vəkillər iddia edirlər ki, əgər zərərçəkmişlər mətbuata məlumat verməyiblərsə, onda bunu istintaq edib.

Hakim növbəti prosesdə bu məsələyə baxılacağını dedi.

Məhkəmənin növbəti iclası oktyabrın 7-ə təyin edildi.

Prosesi beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri izləyib. Amerika səfirliyindən Terri Devidson, millət vəkillərindən Pənah Hüseyn də prosesi izləyənlər arasında olub.

Gənclər iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.  // Azadlıq radiosu


 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə