Vodafone qondarma “Qarabag Telekom”la əməkdaşlıq edir?!

16-12-2009 / 18:43

Vodafone şirkətinin Azərbaycandakı strateji tərəfdaşı Azərfon mobil operatorudur.

Xeberler.az-ın Bizim Yol-a istinadən verdiyi məlumata görə, 22 iyul 2009-cu il tarixdə bu iki şirkət arasında Bakıda strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb. İmzalanan razılaşmaya   qlobal Vodafone şirkətinin təqdim etdiyi bir sıra məhsul, xidmət və qurğuları Azərbaycanda tətbiq etməyə imkan verəcək.

Artıq Vodafone  şirkətinin rəsmi saytında da Azərfon onun  Azərbaycandakı tərəfdaşı kimi göstərilib. Lakin şirkətin saytına baxdıqda olduqca inanılmaz fakt diqqətimizdən yayınmadı. Belə ki, şirkətin internet səhifəsinin həmin bölümündə, Vodafone şirkətinin Ermənistanda da fəaliyyət göstərdiyi yer alıb.

Daha bir müdhiş fakt isə odur ki, Vodafone şirkətinin Ermənistandakı tərəfdaşı MTS qrupuna daxil olan VivaCell operatorudur. Bu isə həmin VivaCell-dir, hansı ki, Qarabag Telekom-la vahid ofisə, menecmentə, hətta baş müdirə malikdir. Bir sözlə, Qarabağ Telekom dedikdə, VivaCell, VivaCell dedikdə, Qarabag Telekom başa düşmək lazımdır. Hər iki quruma Livan vətəndaşı olan Ralf Yirikyan rəhbərlik edir. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən Qarabag Telekom hətta qondarma respublikanın ən böyük sərmayə yatırımçısıdır.

Qeyd edək ki, VivaCell-in payının 80 faizi  Rusiyanın MTS nəhənginə malikdir. Ona görə də bu şirkətə Azərbaycan hökumətinin təsir edə bilməməsi mümkündür. Lakin separatçı qurumun separatçı operatoru ilə tərəfdaşlıq edən Vodafone şirkətini Azərfon-un özünə Azərbaycanda tərəfdaş seçməsi və bunu hökumət qurumlarının görməməsi təəccüb doğurur. Əgər biz əvvəllər MTS-i separatçı rejimə rabitə dəstəyi verməkdə və onun iqtisadiyyatına sərmayə qoymaqda günahlandırırdıqsa, indi bunu özümüz, oz şirkətimizin əli ilə etmiş oluruq. Vodafone Azərbaycandan qazandığı pulu Ermənistandakı tərəfdaşının inkişafına sərmayə və yaxud avadanlıqların alınmasına, yeni-yeni xidmətlərin göstərilməsinə xərcləyəcək.

Vodafone-VivaCell əməkdaşlığından danışarkən təhlükəsizlik məsələsini də unutmamaq lazımdır. Xatırlayırsınızsa, Türkiyədə rabitənin özəlləşdirilməsi parlamentdə müzakirə olunanda millət vəkilləri bu addımın dövlət təhlükəsizliyinə hədə yaratdığını bildirmişdilər. 21-ci əsrdə rabitənin siyasətdə, biznesdəki rolunu vurğulamaq artıq olardı.  Necə deyərlər, indi bütün dünya elektronlaşıb. Ona görə də, eyni şirkətin  müharibə vəziyyətində olan hər  iki ölkənin ərazisində çalışması iqtisadi maraqlarla yanaşı, heç ölkənin təhlükəsizlik marağına da cavab vermir.

Transmilli korporasiyaların separatçı rejimin qondarma qurumları ilə əməkdaşlıq  mövzusuna toxunarkən bu yaxınlarda beynəlxalq ödəniş şirkətləri ilə bağlı bir  faktı xatırlayaq. Dağlıq Qarabağda yerli tərəfdaşları vasitəsilə fəaliyyət göstərən Moneygramm və Western Union şirkətlərinin fəaliyyətinə  Azərbaycanda  Mərkəzi Bank dərhal qadağa qoydu. Bu şirkətlərin hər iki  top menecerinin Dağlıq Qarabağda fəaliyyətlərini dayandırdıqlarını rəsmən elan etdikdən sonra, Azərbaycanda işləməsinə yenidən imkan yaradılıdı. Vodafone ilə bağlı da analoji qərar qəbul ediləcəkmi, bunu zaman göstərəcək.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə