Bloqosfer 2011 Forumu baş tutdu

05-09-2011 / 21:18

Öncədən də məlumat verdiyimiz kimi, 2-4 Sentyabr tarixləri arasında Nabranda keçirilməsi planlaşdırılan Bloqosfer 2011 Forumu baş tutdu. Forumda 150-dən çox bloqçu və yeni media mütəxəssisi Azərbaycanın İnternet media mühitini müzakirə etmək üçün  bir araya gəldi.

Foruma bloqçular, yeni media mütəxəssisləri ilə yanaşı bu sahənin inkişafında maraqlı olan dövlət, biznes, QHT, beynəlxalq təşkilat nümayəndələri də qatıldı.

Ötən ilki kimi,  bu il də Bloqosfer forumunda müzakirə olunacaq mövzular öncədən deyil, tədbir zamanı məhz iştirakçılar tərəfindən təyin olundu. Müzakirə mövzuları ilə yanaşı İnformasiya Texnologiyaları, İnternet və sosial mediaya aid olan qurum nümayəndələri son bir ildə görülən işlər və gələcək planlara dair müxtəlif təqdimatlar və ideyalarla çıxış etdilər.

Lakin buna baxmayaraq, ötən ilki tədbirdən fərqlənən məqamlar da oldu. Bunlardan biri Azərbaycan İnternet Forumunun sosial mediadan effektiv və aktiv istifadəyə görə müəyyən etdiyi nominasiyalar üzrə diplomları oldu.

İlk diploma sosial media və internetdən effektiv istifadəyə görə Azadlıq radiosunun 250 PLYUS verlişi layiq görüldü.

Daha sonra sosial şəbəkədəki bir çox platformada aktivliyinə görə Fərid Zeynalov AİF-in diplomu ilə təltif olundu.

3-cü Microblogdan ən effektiv istifadəyə görə Strateji Araşdırmalar Mərkəzinin twitter hesabı @Sam_baku təltif olundu. Onlar dövlət qurumu olaraq ilk dəfə tədbirlərini Twitter üzərindən canlı yayımlamışdılar.

4-cü isə Fərid Hajiyev adlı bloger təltif olundu. O, regionlardan olan ən aktiv blog yazarı olaraq bu mükafatı aldı — www.fhajiyev.com/.

5-ci mükafatı isə Aznetdə xeyli məşhur olan Aztwi.com: komanda sosial media — microblogingin inkişafına verdiyi dəstəyə görə bu mükafata layiq görüldü.

Tədbirdə eyni zamanda AİF-in təşkilatçısı olduğu MilliNet müsabiqəsi barədə də məlumat verildi. Müsabiqənin sentyabrın 15-də başlayacağı bildirildi.

Bloqosfer – bloqçular və yeni media mütəxəssisləri forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq bloqçuluğun və sosial medianın inkişafı istiqamətində təkliflər hazırlamaqdır.

Forumun bütün gedişatı ilə bağlı videogörüntünü isə Weboxu-dan əldə edə bilərsiniz. — weboxu.com/live/120-bloqosfer2011.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.