10-12 sentyabr tarixində Nabranda ölkənin tanınmış bloggerlərinin iştirakı ilə Bloqosfer forumu keçirilirdi. Forumun məqsədləri barədə bir neçə gün öncə saytımızda ətraflı məlumat vermişdik.
Forumun başa çatmasından sonra isə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatlara görə Forumda eks-prezident Heydər Əliyevin şəklinin asılması və həbsdə olan bloggerlər məsələsinin qaldırılmaması narazıçılığa səbəb olub. Bəzi iştirakçılar forumu tərk ediblər. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun (RATİ) rəbəri Emin Hüseynovun və Azadlıq radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılovanın məhz bu səbəblərdən zalı tərk etdiyi bildirilir.
Məsələni aydınlaşdırmaq üçün ilk öncə Bloqosfer təşkilatçılarından biri olan İlqar Mirzəyə müraciət etdik. O, forumda eks-prezident Heydər Əliyevin portretinin qoyulması və həbsdə olan bloggerlərin məsələsinin qaldırılmaması məsələsinə aydınlıq gətirdi.
İlqar Mirzə: “Kiminsə zalı tərk etməsi gülünc hərəkətdir” “Heydər Əliyevin portreti Bloqosfer forumunda qoyulmamışdı. Bizim forumu keçirdiyimiz məkanda YUNİSEFF-in əlil uşaqlarla bağlı tədbiri vardı. Bu portret də həmin tədbirə aid olan dekorasiya idi. Bunun bizə aidiyyatı yox idi. Bloggerlərin həbsi məsələsinin qaldırılmamasına gəlincə isə, bu forumun iştirakçılarının könüllü istəyi ilə bağlı olmalıydı. Biz forumu elə formada qurmuşduq ki, məsələlərin müzakirəsi birbaşa iştirakçıların istəyi ilə bağlıydı. Kim istəsəydi mövzunu müzakirəsini qaldıra bilərdi. Heç kim bu barədə təklif vermədi və həbsdə olan bloggerlərin məsələsi müzakirə mövzusu kimi qaldırılmadı. Kiminsə zalı tərk etməsi isə gülünc hərəkətdir. Bizə təklif verdilərmiki, biz bundan imtinamı etdik ki, zalı tərk etmək məcburiyyətində qaldılar. Kim istəsəydi təklif verərdi, biz də müzakirə edərdik. Bloqosfer Forumun necə keçdiyi ilə bağlı maraqlanalara xəbər vermək istəyirəm ki, sabah mətbuata forumla bağlı pres-reliz yayılacaq. Maraqlananlar ən dolğun məlumatları bu prezz-relizdən əldə edə biləcəklər”.
Emin Hüseynov: “Əgər Azərbaycanın bloggerləri belə bir Forumda iştirak edirdisə, mütləq və mütləq Eminlə Adnanın məsələsi müzakirə edilməliydi”
RATİ rəhbəri Emin Hüseynov tədbirin iştirakçıları siyahısında olmadığını və forumda yalnız qonaq kimi iştirak etdiyini dedi: “Məni bloqesfer forumunda ən çox online televiziyalar məsələsinin müzakirəsi maraqlandırırdı. Bildiyiniz kimi Turan informasiya agentliyi ilə RATİ-nin “Online televiziya” adlı birgə layihəsi var, mən məhz bu sahədə məlumatlar əldə etmək üçün foruma qatılmışdım. Amma təbii ki, məni başqa məsələlər də maraqlandırırdı. Mən orda əsasən həbsdə olan bloggerlərin məsələsinin müzakirəsinin ediləcəyini güman edirdim. Əgər Azərbaycanın bloggerləri belə bir Forumda iştirak edirdisə, mütləq və mütləq Eminlə Adnanın məsələsi müzakirə edilməliydi. Hamı bilir ki, Eminlə Adnan öz bloqlarında tənqidi mövqedən çıxış etdiklərinə görə həbs olunublar. Mən orda olduğum müddətdə bu məsələnin müzakirə olunduğunu görmədim. Paneldə müzakirə olunacaq mövzulara baxdım, amma orada bu məsələ müzakirə mövzusu kimi qaldırılmamışdı”. “Tədbirin təşkilatçıları deyir ki, bu məsələnin müzakirəsini qaldırmaq iştirakçıların istəyindən asılı idi: “Forum ümumi müzakirə əsasında qurulmuşdu. İştirakçılar istədikləri mövzunu qaldıra bilərdilər. Bu barədə hər hansı bir təklif olunmadısa təşkilatçılar neyləsin?”” sualımızı Emin bəy belə cavablandırdı: “Bilirsiniz bu elə bir məsələdir ki, bunu kiminsə təklif etməsini gözləmək lazım deyildi, əgər təşkilatçıların əlində belə bir fürsət varıydısa onlar mütləq bu məsləni qaldırmalıydılar. Görünür onlar biraz neytral mövqe sərgiləmək istəyiblər, radikal görünmək istəməyiblər, elə buna görə də məsələnin müzakirəsini qaldırmayıblar”. Zalı vaxtından əvvəl tərk etməyinə gəlincə isə Emin bəy bildirdi ki; “Mənim başqa işlərim vardı, həm də tədbir mənim gözlədiyim səviyyədə deyildi, orda məni maraqlandıracaq başqa bir şey olmadığından zalı tərk etdim”.
Anar Gəraylı: “Mənim fikrimcə tədbir yaxşı keçdi”
Bloqosfer forumun iştirakçılarından biri jurnalist Anar Gəraylının isə Bloqosfer forumunun təşkilindən xoşu gəlib: “Mənim fikrimcə tədbir yaxşı keçdi. Bəli, Heydər Əliyevin portreti vardı, amma bunun Foruma aidiyyatı yoxdu. Bu YUNİSEFF-in əlil uşaqlarla bağlı tədbirinin dekorasiyası idi, həmim tədbir ayın 15-nə qədər davam edəcək. Həbsdə olan bloggerlərin məsələsi prezentasiya şəklində müzakirə olumadı, ancaq orda iştirak edənlərin hamısı bir-biriyə bu mövzuda xeyli söhbət elədi. Kiminsə narazı qalıb zalı tərk etməyinə gəlincə isə, mən bilən belə bir hadisə ümumiyyətlə olmayıb. İlk dəfə belə sosial tdbirdə iştirak edirdim və bu mənim xoşuma gəldi”
mənbə: axar.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri