12 sentyabr,
Bloqosfer forumunun son günü idi və forum başa çatdı. Mövzu barədə sosial mediada kifayət qədər çox məlumat verməyə çalışdıq. Bloqosferin twitter-də rəsmi hashtag-ı #bloqosfer10 idi. Bu tag altında müzakirələrdən bəzi sitatlar və gedişat haqqında xronoloji ardıcıllıq barədə yazırdıq. Hətta o qədər informasiya ötürdük ki, özünü tədbirdə hiss edib, orada iştirak edirmiş kimi, blog postu yazan da oldu. Ancaq təbii ki, bu bir növ dezinformasiyadır. Özünü forumda hiss etmək istəyənlər üçün, bir qədər format və gedişat haqqında məlumat verim. Müzakirə seçimləri: Müzakirələri iştirakçılar seçirdi. Forum açıq elan olundu, açılış çıxışları oldu və foruma başlandı. Müzakirə başlıqlarını da iştirakçılar seçirdi — iştirakçılar müzakirə üçün mövzular (bloqçular üçün problemlər) təqdim edirdi. Sonra həmin mövzular da, elə digər bütün iştirakçılar tərəfindən səsə qoylur və ən çox səs toplayan mövzular müzakirəyə başlanırdı. Təqribi 20 təklif arasından 7 mövzu seçildi.
Həmin mövzular barədə əvvəlki postda məlumat var:
1. Bloqer jurnalistdirmi?
2. Bloqlar və reklam
3. Bloq etikası
4. Bloqların davamlılıq problemi
5. Bloqlar və region?
6. Bloqlarda (Azərbaycan) dil problemi.
7. Bloqlar və Multimedia
Seçilmiş hər bir müzakirə üçün sıra nömrəsinə uyğun olaraq stollar (müzakirə yeri) ayrıldı. Biz birinci gün həmin mövzular ətrafında müzakirə etdik. Həmin müzakirədən çıxan nəticəni isə sabahı gün təqdimat edirdik. Mən özümə maraqlı olan 2-ci müzakirədə yəni «Bloqlar və reklam»da iştirak edirdim. Çünki digər başlıqlar mənə maraqlı deyildi. Həmin müzakirəyə isə əsasən İT sahəsində çalışanlar iştirak edirdi. Yəni mövzular tam auditoriyanın istəyinə uyğun seçildi. Təqdimatlar isə sabahı gün, günün birinci yarısı edilirdi. Təqdimatlar. Təqdimatlar da, elə yazıldığı sıra ilə oldu. Hər bir mövzu barədə bir xeyli müzakirələr aparılırdı, hətta vaxt limiti belə keçilirdi. Həmin bu geniş təqdimat mövzuları arasında, Azadlıq radiosundan Xədicə İsmayılova növbədənkənar bir təqdimat etdi (Əslində fərdi təqdimatlar günün ikinci yarısı olmalı idi, sadəcə hörmət əlaməti olaraq üzürlü səbəbi nəzərə alıb, bütün zala təqdimatı keçirməyə fürsət verdilər). Təqdimat isə yeni medianın, ənənəvi mediaya rəqabəti və Azadlıq radiosunun yeni mediadan istifadəsi mövzusunda idi. Bu da təqdimat şəklində deyildi, saytdan açıb göstərirdi (Bir növ PR). Növbədənkənar təqdimatdan sonra yenə proqram axarına düşdü və təqdimatlar başa çatdı. Təqdimatların həmin mövzunu nə dərəcədə əhatə etdiyi barədə də iştirakçıların anonim səsverməsi oldu. Bizim təqdimat. Bizim, yəni 2-ci mövzunun təqdimatı ən çox səs alan təqdimat oldu. Yəqin ki buna ən böyük səbəb mövzudakı müzakirə iştirakçıları oldu. Təqdimatda əsas problem kimi blogdan gəlir əldə etmək idi.
Hətta belə bir sitat da oldu ki, \"Azərbaycanda professional blogger yoxdu\". Bu sözlə məqsəd heç də, kimsə yaza bilmir və ya blogun nə olduğunu bilmir demək deyildi. Müzakirənin və təqdimatın mövzusuna uyğun olaraq, Azərbaycanda blogçuluğu professional iş kimi görən, bütün gəlirini blog yazmaqdan əldə edənlər yoxdur demək idi. Kim isə jurnalist işləyir və blog da yazırsa, o öz gəlirini jurnalistlikdən edirsə və ya kim isə proqramist işləyir, blogdan bir qəpik qazanmadan blog yazırsa demək o bu işi professional olaraq görmür. Onun işi sadəcə blog yazmaq deyil, o professional blogger deyil. Nə vaxt ki, kiminsə qazancı sırf blog yazmaqdan olacaq o profeddional blogçu olacaq. Bu fikirlər təqdimatdan olan 2-3 dəqiqəlik bir çıxarış idi. Məvzumuz pul ilə bağlı olduğuna görə məsələyə də o nöqteyi nəzərdən yaxınlaşılmışdı. Fərdi təqdimatlar: Günün ikinci hissəsində isə fərdi təqdimatlar oldu. Burada isə format Barcamp formatı idi. 3 paralel zalda təqdimatlar gedirdi. Kim təqdimat etmək istəsə lövhədə qeyd edir və maraqlananlar həmin təqdimatlarda iştirak edirdi. Tədbir. Belə demək mümkündürsə tədbir web 2.0 formatda oldu. Kim tədbirdə nə görmək istəyirdisə, onu təşkil etməyə çalışırdı. Tədbirin mövzularını (contentini) iştirakçılar yaradırdı. Əgər kim isə axtardığını tapmadısa, onu özü təqdim edə bilərdi və ya etməli idi. Şəxsi olaraq öz stolumuzdan — müzakirəmizdən bir çox yeni məlumat öyrəndim və bunları artıq tətbiq etməyə də başlamaq barədə düşünürəm. Tədbirdə olan təqdimatları isə həm Bloqosfer.com -da yerləşdirəcəklər. Həm də mən əldə etdikcə Bloqda yerləşdirəcəm. Məkan. Məkan Nabranda, Atlant idi. Bizimlə paralel olaraq başqa bir tədbir də keçirilirdi. Hər şey yaxşı idi, sadəcə otel rəhbərliyindən internet sözü verildiyi halda buna tam əməl olunmamışdı. Biz gedəndə öz avadanlıqlarını sökmüşdülər və təşkilatçılara da xəbər verilməmişdi. Məcburi olaraq əldəki məhdud imkanlarda Wi-Fi quraşdırıldı. Onu müşahiə etdim ki, artıq əksər insanlarda Azerfon, Azercell və Bakcell-in mobil internet vasitələri var idi. 3G Atlantda yaxşı işləyirdi sürət cəhətdən. Mən bir az istifadə etdim. Digər mobil internetdən istifadə edənlərdən də şikayət edən yox idi.
mənbə: weboxu.com
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri