Milli İnternet Mükafatı - Milli Net Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. 
Toplantıda   Milli Net 2011-in yekunları müzakirə edilib. 4 ay  davam edən müsabiqə prosesinin ümumən uğurla  başa çatması  qeyd edilib.
Toplantıda həmçinin müsabiqənin gedişində qarşıya çıxan problemlər, şikayətlər  və onları yaradan səbəblər ətrafında müzakirələr  aparılıb.
 
Toplantıda gələcəkdə Milli Net-in daha uğurlu  alınması istiqamətdə təkliflər  səslənib.
Toplantıda nominasiyaların və səsvermə kriteriyalarının təkmilləşdirilməsi istiqamətində səmərəli təkliflər irəli sürülüb. Xüsusilə 1-ci mərhələ səsvermə prosesinin daha təkmil səsvermə mexanizminin hazırlanmasının vacibliyi  bildirilib. Bu məqsədlə müəyyən  ictimai müzakirələrin də keçirilməsinin faydalı olacağı qeyd olunub.  Müsabiqəyə təqdim edilən saytların keyfiyyəti məsələsinə gələcəkdə daha ciddi yanaşmanın vacibliyi vurğulanıb.
Toplantıda irəli sürülən təkliflərin AİF-in yanvar-fevral aylarında  keçirilməsi nəzərdə tutulan ümumi yığıncağında müzakirəyə çıxarılması qərara alınıb.
Toplantıda Milli Net–in rəsmi saytının təkmilləşdirilməsinin də vacibliyi vurğulanıb.
Təşkilat Komitəsinin toplantısında müsabiqəyə dəstək verdiklərinə görə Azercell və  Delta Telekom şirkətlərinə, təqdimat mərasiminin təşkilinə köməkliyə görə RİTN-ə təşəkkür edilib.
 Toplantıda müsabiqənin münsiflər Komissiyasının bir sıra üzvləri də iştirak edib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları