“Netcraft” analitik şirkətinin mart ayında açıqladığı hesabata əsasən, internetdə 631521198 sayt fəaliyyət göstərir. Hər ötən gün minlərlə yeni saytların yaradılması ilə yanaşı həm də yeni domen ünvanlar alınır. Domen adların alınaraq sonradan satışa çıxarılması domen adlarının seçimində və alınmasında müəyyən problemlər yaradır. Belə ki, artıq qısa, yadda qalan və məşhur adlar üzrə virtual aləmdə geniş "qara bazar" formalaşıb. Virtual məkanda domen adların digər şəxslər tərəfindən alınması bir çox şirkətlər və şəxslər üçün sonradan problem yaradır.
Bütün dünyada olduğu kimi ölkəmizdə də məşhur adların öncədən alınması və sonradan aidiyyatı şəxslərə və qurumlara satılması halları mövcuddur. "Qara bazar"da satışa çıxarılan domen ünvanlar içərisində şirkətlərə məxsus adlar, ayrı-ayrı sahələrin mahiyyətini əks etdirən və eləcə də məşhur şəxslərin adlarına uyğun domen ünvanlara rast gəlmək olur. Adətən bu cür hallarla rastlaşmamaq üçün fiziki və hüquqi şəxslər onlara aid olan domen adları öncədən alırlar ki, gələcəkdə problemlərlə qarşılaşmasınlar.
Bu yazıda Azərbaycanda siyasi partiya rəhbəri olan və tanınmış siyasətçilərin və təmsil etdikləri partiyaların adlarına uyğun domen ünvanlarla bağlı apardığımız monitorinqin nəticələrinə diqqət yetirəcəyik.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) adı ilə bağlı domen adların demək olar ki əksəriyyəti artıq alınsa da “yap.az” domeni hələ də alınmayıb.
Müsavat Partiyası və İsa Qəmbər:
"musavat.az" domen ünvanı Acalov Aydın Rəşid oğlu tərəfindən alınıb və sayt işlək deyil;
"isaqember.az" alınmayıb;
"isagambar.az" isə Rafiq Məmmədli adlı şəxs tərəfindən alınıb və sayt işləkdir.
“isaqember.com”, “isaqember.net”, “isaqember.org”, “isaqember.info” adlı domen ünvanlar da boşdur;
“Isagambar” adlı domen ünvandan isə yalnız “Isagambar.com” ünvanı alınıb. Lakin o da işlək deyil.
“musavat” adlı əsas domen ünvanlar alınıb. Yalnız onlardan biri “musavat.com” işləkdir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Əli Kərimli:
"elikerimli.az" və "alikarimli.az" domenləri alınmayıb;
"axcp.az" az domeni isə “Azadlıq” qəzeti tərəfindən Faiq Əmirovun adından alınıb.
“elikerimli.com” “elikerimli.net”, “elikerimli.org”, “elikerimli.info” adlı domenləri də alınmayıb;
“Alikarimli” adlı domenlərdən isə yalnız “alikarimli.com” alınıb.
“axcp”adlı domenlərin isə hamısı alınıb;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və Qüdrət Həsənquliyev:
"qudrethesenquliyev.az" və "gudrethasanguliyev.az" domenləri də boşdur, alınmayıb;
Qüdrət Həsənquliyevin adına "hasanguliyev.az" domeni alınıb və işləkdir;
Partiyanın adına uyğun "baxcp.az" domeni alınmayıb;
“Qudrethesenquliyev” və “gudrethasanguliyev” adına uyğun “com”, “net”, “org”, “info” domenləri boşdur;
Böyük Quruluş Partiyası (BQP) və Fazil Mustafa:
"bqp.az" Sorokin Andrey adlı şəxs tərəfindən alınıb və hazırda Böyük Quruluş Partiyasının saytı kimi fəaliyyət göstərir.
“fazilmustafa.az” ünvanı isə Dayyanov Farahat adlı şəxs tərəfindən alınıb və hazırda Fazil Mustafanın şəxsi səhifəsi kimi fəaliyyət göstərir.
“bqp” adlı bütün “com”, “net”, “org”, “info” domenlər artıq alınıb.
“fazilmustafa” adlı domenlərdən isə yalnız “fazilmustafa.com” alınıb, eyni adlı “net”, “org” və “info” sonluqlu domenlər isə alınmayıb.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Sabir Rüstəmxanlı:
"sabirrustemxanli.az", "sabir.az" və "rustemxanli.az" domenləri alınmayıb.
“Sabirrustemxanli”, “sabirrustamxanli” və “rustemxanli” adlı domenlər (com, net, org, info və.s) alınmayıb;
"vhp.az" domen ünvanı isə Əsədli Samir Şakiroğlu tərəfindən alınıb və hazırda fəaliyyət göstərir;
“vhp” adlı “com”, “net”, “org”, “info” sonluqlu domen adlar da artıq alınıb.
Ana Vətən Partiyası (AVP) və Fəzail Ağamalı:
"avp.az" Ana Vətən Partiyası tərəfindən Fəzail Ağamalının adına alınsa da "fezailagamali.az" domeni alınmayıb;
“avp” adlı domen ünvanların (com, net, org, info və.s) hamısı artıq alınıb;
“fezailagamali” və “fazailagamali” adlı domen adlar da alınmayıb;
REAL Hərəkatı və İlqar Məmmədov:
“real”lla bağlı demək olar ki bütün domenlər alınsa da "ilqarmemmedov.az" və "ilgarmammadov.az" domenləri hələ də boşdur;
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev:
Az milli domen zonasında Rəsul Quliyevin adı ilə bağlı olan "resulquliyev.az" və "rasulquliyev.az" domenlər alınmayıb.
“rasulguliyev.com”, “rasulguliyev.org” və “rasulguliyev.info” ünvanlar isə artıq alınıb; Rəsul Quliyev hətta “rasulbayram.com” domenini alıb və hazırda sayt işlək vəziyyətdədir;
Azərbaycan Xalq Partiyası (AXP) və Pənah Hüseyn:
"axp.az", "penahhuseyn.az" və "panahhuseyn.az" domen adlarının heç biri alınmayıb;
“axp” ilə bağlı bütün domen adlar (com, net, org, info və.s) alınsa da "penahhuseyn" və “panahhuseyn” adı ilə bağlı domen adlarından heç biri alınmayıb;
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) və Asim Mollazadə:
"adip.az", "asimmollazade.az" domen adları da alınmayıb;
“adip”-lə bağlı bütün domen ünvanlar alınıb və heç biri Azərbaycan Demokratik İslahatlar Partiyası na məxsus deyil. Görünür bu səbəbdəndir ki, partiyanın rəsmi səhifəsi ingilis dilli “demreforms.org” ünvanında yerləşir;
Asim Mollazadənin adı ilə bağlı olan “asimmollazadə” domen adlarıboşdur.
Ümid Partiyası və İqbal Ağazadə:
"umid.az" alınsa da "iqbalagazade.az" və "igbalagazade.az" domen ünvanı hələ də alınmayıb.
“umid” adlı bütün domenünvanlar alınsa da “İqbalagazade” və “İgbalagazade” ünvanlı domen adların heç biri alınmayıb.
El hərəkatı və Eldar Namazov:
“eldarnamazov” adlı domen ünvanlar istər yerli “az” milli domen zonasında istərsə də digər domenlərdən heç biri alınmayıb.
Açıq Cəmiyyət Partiyasının (ACP) və Sülhəddin Əkbər:
"acp.az" və "sulheddinekber.az" domenlərdən hər ikisi alınmayıb.
Digər üç hərifli domen adlar kimi “acp” ilə bağlı da bütün domen ünvanlar alınıb. “sulheddinekber” və “sulhaddinakbar” adlı bütün domen adlar isə hələ də alınmayıb;
Klassik Xalq Cəbhəsi Partiyası və Mirmahmud Mirəlioğlu:
“kxcp.az” "mirmahmudmiralioglu.az" və "mirmahmudmirelioglu.az" adlı moen ünvanlar hələ də alınmayıb.
“kxcp.com”, “kxcp.net”, “kxcp.org”, “kxcp.info” domen adlarının hər biri alınsa da yalnız kxcp.org saytı işləkdir. “Mirmahmudmirelioglu” və “mirmahmudmiralioglu” adlı domen ünvanlardan isə heç biri alınmayıb.
Eyvaz Qocayev,
xüsusi olaraq Lent.az üçün