Vyanada informasiya təhlükəsizliyi ilə bağlı toplantı keçiriləcək

21-10-2013 / 16:52
Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in  Daimi Şurasının “İnformasiya və kommunikasiya texnologiyalarından istifadə nəticəsində yaranan münaqişə risklərinin azaldılması üzrə etimad quruculuğu tədbirlərinin gücləndirilməsi” adlı 1039 saylı qərarına əsasən yaradılmış qeyri-rəsmi İşçi Qrupunun növbəti toplantısı keçiriləcək.
 
 23-24 oktyabr tarixlərində keçiriləcək tədbirdə informasiya təhlükəsizliyi məsələləri diqqət mərkəzində olacaq.
 
Qeyd edək ki, sözügedən toplantıda Azərbaycan  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN)  Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov iştirak edəcək. (ictnews.az)
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə