Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Global Stats statistika mərkəzinə istinadla xəbər yayıb ki, son bir ildə Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, Youtube və Twitter sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.
Xeberler.az Media forum saytına istinadla bildirir ki, hesabatda Azərbaycanda Facebook sosial şəbəkəsinin payının 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil etdiyi göstərilib.
İstifadəçi marağına görə ikinci yeri 2,9 faiz bazar payı ilə Youtube sosial şəbəkəsi tutub.
Üçüncü yerdə 2,24 faiz bazar payı ilə Twitter sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.
Odnoklassniki şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri