Bu ilin ilk yarısında Azərbaycanda mobil telefon abunəçilərinin sayı 9% artıb

29-07-2008 / 10:51
Bu ilin birinci yarısında Azərbaycanın telekommunikasiya və poçt müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 423,4 mln. manatlıq və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 37,3% çox rabitə xidməti göstərilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, xidmətlərin 79,3%-i bilavasitə əhaliyə göstərilib. Əldə olunan gəlirlərin 71,3 %-i mobil telefon rabitəsindən yaranıb və 2007-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu xidmətlərin həcmi 42,2% çoxalıb. Mobil telefon abunəçilərin sayı ilk altı ay ərzində 8,9% artıb, 2008-ci il iyul ayının 1-də abunəçilərdə olan nömrələrin sayı 4,9 mln. təşkil edib.

Rabitə xidmətlərinin həcmi Abşeron iqtisadi rayonunda 26,6%, Quba-Xaçmaz iqtisadi rayonunda 26,4%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 46%, Şəki-Zaqatala iqtisadi rayonunda 30,8%, Aran iqtisadi rayonunda 25,8%, Lənkəran iqtisadi rayonunda 32,8%, Gəncə-Qazax iqtisadi rayonunda isə 23,4% artıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə