“MonacoSAT” “Azərkosmos”la əməkdaşlıqda maraqlıdır

24-04-2025 / 18:45

“MonacoSAT” Beynəlxalq Kosmik Şirkəti Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) ilə əməkdaşlığa maraqlıdır.

Xeberler.az məlumat verir ki, bu barədə “MonacoSAT”ın baş direktoru doktor İlhami Aygün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bəyan edib.

“Gələcəkdə Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq imkanlarımız olacaq. Kosmik sahədə uzunmüddətli planlaşdırma çox mühüm rol oynayır. Bu ilin sonuna qədər Türkmənistana məxsus “MonacoSat-1” (“Türkmən Alem 52E”) peykinin əvəzləyicisinin istehsalına başlamaq planlaşdırılır. 2015-ci ildə biz ilk peykimiz olan “MonacoSat-1”i orbitə buraxdıq. Bu peyk Türkmənistana gücünün üçdə ikisi ilə icarəyə verildikdən sonra “Türkmən Alem 52E” kimi tanındı. Onun istismar müddəti 2030-cu ilə qədər nəzərdə tutulub, lakin ən gec 2028-ci ilə qədər əvəzləmək lazımdır. Bu ilin sonunadək həmin əvəzləyici peykin istehsalına başlamağı planlaşdırırıq. Yeni peyk də Ku diapazonunda işləyəcək və eyni regionu əhatə edəcək. Hazırda şirkət “MonacoSat-2” də daxil olmaqla yeni layihələr üzərində fəal işləyir”, – deyə İ. Aygün əlavə edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə