Motorola Twirl telefonunun konsepti

08-11-2008 / 18:28

Mobil telefonlar səsli zənglərdən, rəqəmli kamera ilə, simsiz əlaqə ilə, təkmilləşdirilmiş mediapleyerlərlə və geniş yaddaş həcmilə təchiz olunan yarımfantastik qurğulara kimi uzun yol keçiblər.

Motorola Twirl telefonunu bu yolda daha irəli getmiş qurğu hesab etmək olar. Onu pul hesabı üçün mobil portmanat, həmçinin elektron avtomobil açarı kimi istifadə etmək olar. Hətta  telefonu sükana bərkidib, maşını işə salan açar kimi də istifadə etmək olar.

Həmin telefonun müəllifi Tom Riddl adında dizaynerdir. Telefonun xarici görünüşü də qeyri-adidir. O, bir-birinə döndərilən üç moduldan ibarətdir. Bu xüsusiyyətinə görə Microsoft-un OFONE modelinə oxşayır. Cəlbedici xüsusiyyətlərindn biri də odur ki, telefonu açıq vəziyyətdə olarkən portativ oyun konsolu kimi rahat işlətmək olar.
Mənbə: rosinvest.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə