Previous Next
Bağla

Motorola Q11 rəsmən təqdim edildi

10-10-2008 11:22
Motorola Q11 rəsmən təqdim edildi

Daha əvvəl Motorola Q11 haqqında bəzi məlumatlar yayılsa da, indi onun texniki xüsusiyyətləri ilə daha yaxından tanış ola bilərik.
Smartfonun yüksəksürətli İnternet sevənlər üçün bir mənfi cəhəti var: aparat 3G ilə işləmir, lakin Q11 GPRS/EDGE şəbəkələrinin dörd diapazonunda işləmə imkanı var. Bu cür işləmə kimə kifayət etmirsə, Wi-Fi 802.11 b/g modulundan istifadə edə bilər.
Telefonun A2DP ilə Bluetooth 2.1 adapteri də var. Lakin EDR haqda heç bir söz deyilməyib.
Qurğu 2,4 düymlük 320х240 nöqtəli displeylə təchiz olunub. GPS modulu və 3 meqapikselli kameraya malikdir. LTE + Intel Bulverde prosessorundan istifadə ediləcəyi bildirilib.
Motorola mühəndisləri telefonun yaddaşında xəsislik ediblər, ona görə də, operativ yaddaş 64 Mb və daimi yaddaş 128 Mb-dır. Amma fleş-yaddaşın böyük olması o qədər də vacib deyil. Çünki onu microSD vasitəsilə 32 Gb-a qədər artırmaq olar.
Çəkisi 115 qram, ölçüləri  117x64x11.7 mm-dir. Lakin ən yığcam aparat sayılmır.
Müstəqil rejimdə danışıq müddəti 450 dəqiqə, gözləmə rejimində isə 195 saatdır. Motorola Q11-in qiyməti fin istehsalı olan Nokia E71-dən xeyli ucuz olacaq.

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə