Nanokia – gələcəyin mobil telefonu

21-10-2008 / 16:25
Növbəti konseptual mobil telefon şəkilləri bu yaxınlarda wired.com bloqunda nümayiş olunub.
Şəkillərdə təsvir olunan telefon Nanokia adını alıb. O, iki il bundan əvvəl fin şirkəti tərəfindən nümayiş olunmuş “mövcud olmayan” Nokia Aeon mobil telefonu əsasında qurulub.
Nanokia-nın öz sələfindən əsas fərqi E-Ink texnologiyasından olan displeyə və “yan slayder” form-faktoruna malik olmasıdır: bağlı vəziyyətdə 12 düyməli standart telefon klaviaturası, açıq formada isə tam QWERTY-klaviaturası şəklindədir.
Nanokia yaradıcıları hesab edirlər ki, belə telefonlar əsasən, fəal internet, elektron poçt istifadəçiləri, eləcə də elektron ədəbiyyat xoşlayanlar üçün rahat olacaq.
Telefonun istehsal mərhələsinə nə vaxt keçəcəyi isə məlum deyil.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə