Mobil telefonlar problemli çıxır

23-07-2010 / 11:14

Ən çox satılan Android Motorolanın Droid X-nin bəzi istifadəçiləri ekranla bağlı problemlə qarşılaşıblar.

Türkiyə mətbuatının yazdığına görə, telefonla bağlı problemlə üzləşən Droid X istifadəçiləri heç bir xəbərdarlıq almadan telefonlarının ekranlarının titrəməyə başladığını və tamamilə istifadəyə yararsız hala gəldiyini bildirdilər. Müştərilərin dediyinə görə, telefonu istifadə edərkən ilk vaxtlar hər hansı bir problemlə rastlaşmazkən, bir qədər sonra telefonun ekranı titrəməyə başlayıb.

Şirkət rəhbərliyi vəziyyətdən xəbərdar olduqlarını və səhvi qəbul etdiklərini bildirib. Rəhbərlik : "Verizon Wireless və Motorola az sayda Droid X istifadəçisinin ekran problemiylə qarşılaşdığını güman edir. Motorola problemi həll etdi və telefonları göndərməyə davam edirik. Ekranın kilidlənməsi və ya titrəməsi problemiylə qarşılaşan hər hansı bir istifadəçi Motorola müştəri mərkəzinə müraciət etsin."

 

 

V.ELMAR


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə