“Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda konfrans keçirilib

04-06-2010 / 09:07

Ağstafa rayonun Heydər Əliyev Mərkəzində 3 iyun 2010-cu il tarixdə “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilmişdir. Konfrans “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunmuşdur. Konfransda Ağstafa, Tovuz, Qazax rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, habelə, Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin tərəfdaş-təşkilatları olan Mədəd, Azedunet, Microsoft, “Intel gələcək üçün təhsil proqram” və Ultra iştirak etmişlər. Dövlət Proqramı çərçivəsində müsbət təcrübə ilə bölüşmək üçün, Bakı məktəblərindən İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər də konfransda iştirak etmişlər.     

 Konfransın açılış mərasimində çıxış edən Ağstafa rayon icra hakiminin humanitar məsələlər üzrə müavini Lalə Eyyubova təhsilin müasir həyatda vacibliyini qeyd edərək, müasir texnologiyalar vasitəsilə tədrisin daha yüksək səviyyədə qurulmasını vurğuladı. Onun sözlərinə görə, Ağstafa rayonunda təhsilin informasiyalaşdırılmasına xüsusi diqqət yetirilir.   

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, öz çıxışında Dövlət Proqramının komponentləri və proqram çərçivəsində görülmüş işlər haqqında ətraflı danışdı. O, qeyd etdi ki, fəaliyyətlər bir neçə istiqamətlərdə aparılır və təhsildə İKT-nin sistemli tətbiqinin təmin edilməsinə istiqamətlənir.  “Təhsildə İKT-nin tətbiqi - məqsəd deyil, məhz ölkənin kadr potensialının inkişafı üçün, nəzərdə tutulmuş bir alətdir. İnsan potensialının inkişafına istiqamətlənən səylər aydın-aşkar Azərbaycan Prezidenti cənab İlham Əliyevin “qara qızılı insan qızılına çevirək” bəyanatında göstərilmişdir” – deyərək S.Məmmədov təhsil sisteminin informasiyalaşdırılmasının xüsusi diqqət mərkəzində olduğunu bildirmişdir. S.Məmmədov Azərbaycanın digər regionlarında da konfransların keçiriləcəyini də qeyd etmişdir. Onun fikrincə, regionlarda tədbirlərin keçirilməsi təhsil işçilərinə məlumatların daha dolğun çatması üçün şərait yaradır. Öz növbəsində konfranslarda iştirak etmiş təhsil işçiləri də İKT-nin tədrisdə tətbiqinə daha məsuliyyətlə yanaşırlar.

 Konfransda geniş təqdimatla çıxış edən “Mədəd” təşkilatının icraçı direktoru Elbrus Zərbaliyev “Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən istifadə” mövzusunda təqdimatla çıxış etmişdir. E.Zarbaliyev çıxışında Dövlət Proqramı çərçivəsində müəllimlərin İKT-nin tədrisdə tətbiqi üzrə biliklərinin artırılması təlimlərindən geniş danışdı. E.Zərbaliyev qeyd etmişdir ki, Dövlət Proqramı çərçivəsində Azərbaycanın müxtəlif regionlarında müəllimlərə İKT üzrə biliklərinin verilməsini “Mədəd” təşkilatı 90 təlim mərkəzi,  250 təlimçi və inzibati heyət vasitəsilə həyata keçirir. Bunuda qeyd etmək istərdim ki, “Mədəd” təşkilatı bu günədək 2,5 min məktəbdə çalışan 40 mindən artıq pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçilmişdir.

 AZEDUNET təşkilatının direktoru Səməd Abbasov Azərbaycan təhsil şəbəkəsi (AZEDUNET) haqqında geniş danışdı. O, qeyd etdi ki, vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə çərçivəsində təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verir. Bundan əlavə, təhlükəsizlik informasiya sistemlərinin fəal istifadəsi ilə təhsil ocaqları ardıcıl sürətdə İnternetə çıxış ilə təmin olunmaqdadır. Hazırda 500 təhsil müəssisəsi artıq Azərbaycan təhsil şəbəkəsinə qoşulmuşdur. Bu il növbəti 500 təhsil müəssisəsinin təhsil şəbəkəinə qoşulması planlaşdırıllır.

 Konfrans çərçivəsində “elektron təhsil resursların yaradılması”, “internet tədris vasitəsi kimi”,  “elektron məktəb layihəsi”, “İntel “ Gələcək üçün təhsil” layihəsi” və “İnnovativ müəllim müsabiqəsi” mövzularında dəyirmi masalar keçirilmişdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə