“Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişikliklər təklif edilir

16-12-2024 / 12:09

“Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Xeberler.az məlumat verir ki, bu məsələ Milli Məclisin dekabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənəd layihəsinə əsasən, Qanunun 3.3-cü maddəsində “otuz min manatdan” sözləri “əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən” sözləri ilə əvəz edilir və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.”.

Qanuna təklif edilən dəyişiklik təsdiqlənəcəyi təqdirə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə