Previous Next
Bağla

Nar yarım ilin hesabatını və yenilənmiş brendini təqdim etdi

28-09-2018 16:27
Nar yarım ilin hesabatını və yenilənmiş brendini təqdim etdi

Nar 2018-ci il üçün yarım ilin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox göstəriciləri əhəmiyyətli dərəcədə artırmağa nail olub.

Xeberler.az  bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar”-ın aktiv abunəçi bazası 6% artaraq, 2,1 milyon nəfərə çatıb. Abunəçi bazasının 56%-i paytaxt Bakının, 44%-i isə regionların payına düşür. Şəbəkə infrastrukturunun genişləndirilməsinə xüsusi önəm verən “Nar” il ərzində ölkə ərazisində 380 ədəd 4G, 118 ədəd 3G stansiyası qurub. İlin sonuna qədər daha 387 ədəd 4G, 29 ədəd 3G baza stansiyası qurulacaq. Bununla da 2018-ci il üçün plamlaşdırılan 3G baza stansiyalarının sayı 2674, 4G baza stansiyalarının sayı isə 1706-ya çatdırılacaq. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq, 37 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 250 min nəfərə çatıb.

“Nar” cari il üçün satış üzrə də yüksək nailiyyətlər əldə edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə satış üzrə 21%, səyyar satış komanadasının yaradılması ilə ucqar kənd və ərazilərdə 77% artıma nail olub. Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran mobil operator il ərzində 170-dən çox yeni korporativ şirkət cəlb edib. “Nar” korporativ müştəriləri üçün yeni sərfəli xidmətlər (smartfon, 4G data modem və portativ internet daşıyıcısı) təklif edir. Azerfon MMC-nin baş icraçı direktoru Qunnar Panke yarım ilin nəticələrini yüksək qiymətləndirib:

“Biz bu il öz mövqeyimizi bazarda daha da gücləndirmişik. İrihəcmli investisiyalar yatırmaqla, şəbəkəmizi genişləndirdik, keyfiyyətimizi əhəmiyyətli dərəcədə artırdıq. Amma bununla yanaşı, yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət strategiyası siyasətinə sadiq qalırıq. Tədbir zamanı “Nar”-ın yenilənmiş brendi, şüarı və reklam filmi təqdim olundu. Yenilənmiş brendimiz müştərilərin ehtiyaclarını qarşılamaq, onların etibarlı tərəfdaşı olmaq məqsədi daşıyır.

“Nar”-ın yeni - “Çünki daha çoxuna layiqsən!” şüarı məhz bu xüsusiyyətləri özündə birləşdirir və abunəçilərə yönəlik strategiyanı özündə əks etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

13-03-2019

Nar 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı

28-11-2018

Nar Tərtərdə 4G şəbəkəsini qurdu

22-10-2018

Nar 4,5G baza stansiyalarının sayını 60 faiz artırıb

17-01-2020

Nar 4G istifadəçilərinin sayı il ərzində 85 faiz artıb

23-10-2019

Nar 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb

17-04-2019

Nar 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb

26-04-2019

Nar 4G istifadəçilərinin sayı yarım milyon oldu

28-11-2018

Nar 4G şəbəkəsini genişləndirməkdə davam edir

20-11-2018

Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

20-02-2019

Bölgə sakinləri Nar-ın Yerlim tarifini seçir

01-08-2018

Nar 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

23-05-2019

Nar 4G istifadəçilərinin sayı 2 dəfə artıb

27-08-2019

Nar 4G şəbəkəsi Qobustan və Xızıda

16-08-2019

Nar 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı

28-07-2018

Son 1 ildə “Nar”ın 4G istifadəçilərinin sayı 66 faiz artıb

26-05-2020

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019

“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb

19-05-2021

Nar 4G istifadəçilərinin sayı 24 faiz artıb

29-08-2018

“3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”

03-05-2018

4G Nar şəbəkəsi artıq Zərdabda

08-11-2019

“Nar”-ın 4G şəbəkəsi Ağdam, Füzuli və Goranboyda!

29-06-2019

“Nar” 4G istifadəçilərinin sayı artıb

02-11-2021

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə