“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

04-08-2020 / 21:48

Xeberler.az bildirir ki, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində “Nar” fiziki məhdudiyyətli insanları diqqətdən kənarda saxlamayıb. Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində mobil operator eşitmə və nitq məhdudiyyətli insanlara dəstək olub. Belə ki, “Nar” eşitmə və nitq məduduyyəti olan şəxsləri koronavirusdan qorumaq məqsədilə qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təmin edib.

“Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində 1500-ə qədər eşitmə və nitq məduduyyəti şəxsə qoruyucu vasitələr paylanıb.

Qeyd edək ki, “Nar” koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir. “Nar”ın korporativ sosial məsuliyyət (KSM) layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə