“Nar” Novruz bayramı ərəfəsində Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrdən birini ziyarət edib. Müdafiə Nazirliyinin dəstəyi ilə mobil operator qalib Azərbaycan Ordusunun əsgərləri ilə görüşüb və Novruz çərşənbəsini onlarla birgə qeyd edib. “Nar” azad edilmiş ərazilərdə yerləşən bir neçə hərbi hissəyə müxtəlif hədiyyələr təqdim edib. Məqsəd Vətən keşiyində duran Ordumuzun əsgərlərinə olan ehtiramı bildirmək və onlara mənəvi dəstək göstərməkdir.
“Nar”ın mətbuat xidmətinin rəhbəri Əziz Axundovun sözlərinə görə, “Nar” vətənpərvərlik mövzusuna xüsusi həssas yanaşır: “Novruz bayramını Milli Ordunun əsgərləri ilə birlikdə qeyd etmək artıq “Nar” üçün ənənəyə çevrilib. Çox qürurluyuq ki, bu əziz bayramı işğaldan azad edilmiş ərazilərimizdə qeyd edə bilirik. Bu qüruru bizə bəxş edən Milli Orduya mənəvi dəstək olmağı özümüzə borc bilirik”.
Bayram tədbiri tonqallar ətrafında, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert proqramı ilə davam edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri